Arxiv
28 Avqust 2018, 13:29 | ƏDƏBİYYAT
Bakı Kitab Mərkəzinin açılışı oldu

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışında iştirak ediblər.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər.

 

Mərkəzin direktoru Günel Rzayeva burada yaradılan şərait barədə məlumat verdi. Paytaxtın Üzeyir Hacıbəyli və Qoqol küçələrinin kəsişməsində yerləşən bu mərkəzin sahəsi 2500 kvadratmetrə yaxındır. Fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.

Mərkəzin layihəsi üzərində işlənilərkən kitabsevərlərin müxtəlif nəşrlər əldə etməsi ilə yanaşı, burada asudə vaxtlarını xoş keçirmələri üçün hər bir məqama xüsusi diqqət yetirilib. Kitab satışı ilə bərabər, burada “Coffeemood” adlı kafe də fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərkən Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola biləcəklər. Beləliklə, şəhər mənzərəsinə açılan pəncərələrin önündə çay süfrəsi arxasında mütaliə kitabsevərlərə xüsusi zövq verəcək.

 

Kitab Mərkəzinin qonaqları burada müxtəlif nəşrlərlə yanaşı, “I love Baku” milli brendinin Azərbaycana dair suvenirləri və “Azərmarka”nın məhsullarını da əldə edə biləcəklər.

 

Mərkəzdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar veriləcək. Eyni zamanda, kitabsevərlər sensor ekranlarda mərkəzdə satılan kitablar haqqında da məlumatlar alacaqlar. Burada, həmçinin oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

Görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkan kitabsevərlərin ixtiyarına veriləcək.

 

Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçılar, şairlər, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri olacaq. Bundan başqa, mərkəzdə uşaq və yeniyetmələrdə mütaliəyə marağı artırmaq üçün tanınmış şəxslərin iştirakı ilə oxu günləri, dil kursları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet səhifəsi vasitəsi ilə kitablar sifariş edə biləcəklər.

Bakı Kitab Mərkəzində oxuculara Heydər Əliyev Fondunun ayrı-ayrı sahələr üzrə nəşrləri də təqdim edilir. Fondun ulu öndər Heydər Əliyev, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz haqqında bir-birindən maraqlı nəşrləri müxtəlif dillərdə ölkəmizin təbliği baxımından mühüm rol oynayır.

 

Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə etmək kimi ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bu mərkəzin istifadəyə verilməsi kitaba marağı yenidən bərpa etməklə yanaşı, eyni zamanda, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artıracaq, onlara mütaliə etmək vərdişləri aşılayacaq. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər ƏLiyev Fondu xüsusi diqqət yetirir.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvinin 1941-ci ildə nəşr olunmuş “İsgəndərnamə” əsəri və Dubrovinin 1866-ci ildə çap edilmiş “Zakavkazye” adlı tarixi əsərinin siqnal nüsxələrinə baxdılar.

Mərkəzlə tanış olan dövlətimizin başçısı və xanımı Bakı Kitab Mərkəzinin fəaliyyətinə uğurlar arzuladılar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55