Modern.az

"Nissan Leaf" ilk sahibinə qovuşdu

"Nissan Leaf" ilk sahibinə qovuşdu

İqtisadiyyat

3 Oktyabr 2011, 18:51

İlk yapon elektromobili Nissan Leaf Kanadada öz sahibinə təqdim olunub. Elektromobilin sahibi Rikardo Borba bildirib ki, o, qara rəngli Nissan Leaf-i ailə avtomobili qismində istifadə etmək üçün sifariş edib. “Biz yeni avtomobil axtarışına hələ keçən ildən başlamışdıq. Meksika körfəzindəki neft tankerinin qəzaya uğraması bizə alternativ yanacaqla çalışan nəqliyyat vasitəsi üzərində düşünməyə təkan oldu. Bir neçə variantı götür-qoy edəndən sonra seçimimiz Nissan Leaf oldu”.

Nissan rəsmiləri yaxın vaxtlarda Leaf avtomobilinin digər sifarişçilərə də çatdırılacağı bildirirlər.

Xatırladaq ki, Nissan Leaf-i enerji ilə litium-ion akkumlyator təmin edir. Elektromühərrik isə 107 at gücünə malikdir. Elektromobil bircə dəfə yüklənmiş akkumlyatorla 161 km məsafə qət etməyə qadirdir. Avtomobilin maksimum sürəti 145 км/saat-dır.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir