Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşə bilər

Aktual

31 Avqust 2018, 11:46

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü keçirilə bilər”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:

“BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”.

H.Hacıyev bildirib ki, BMT Baş Assambleyasının sessiyası sentyabr ayında Nyu Yorkda keçiriləcək.

“İki ölkənin nazirlərinin görüşünün keçiriləcəyi tarix diplomatik kanallarla dəqiqləşdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır