Arxiv
31 Avqust 2018, 12:12 | QARABAĞ
Bayram Səfərovdan erməni baş nazirə tövsiyə: “Paşiyanın ağlı olsa...”  

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bəri qalmaqallardan qurtula bilmir. Onun Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla gərgin münasibətləri günbəgün artmaqdadır. Koçaryan barəsində 2 aylıq həbs-qəti imkan tədbiri barədə qərarın verilməsi, sonra onun sərbəst buraxılması da bu gərginliyi xeyli dərinləşdirib.

Koçaryan artıq haqqında səslənən ittihamları kölgədə qoymaqda davam edir. Baxmayaraq ki, baş nazir Paşinyan keçmiş prezident Koçaryan haqqında “ikinci prezidentin siyasi arenaya qayıtmaq şansı yoxdur” deyib.

Koçaryan isə artıq şansını növbədənkənar parlament seçkilərində sınamaq fikrindədir.

Modern.az saytı Ermənistan hakimiyyətində baş verənləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla müzakirə edib. O, düşünür ki...


 İlanın ağına da... 


“İlanın ağına da lənət, qarasına da. Burada erməni siyasəti var. Kimliyindən asılı olaraq onlar əvvəlki cinayətlərini ört-basdır etməyə çalışırlar. İstər Koçaryan,istərsə də Sarkisyan hakimiyyəti Paşinyanı devirmək istəyirlər. Guya köhnə ikilik nə etdiyini bilmir?! Onlar köhnə cinayətlərini gizlətmək iddiasındadırlar. Koçaryan istəyir ki, cinayət əməli açılmasın. Digər tərəfdən isə onlar işğal faktından da könüllü əl çəkən deyillər. Koçaryanın da, Sarkisyanın da Xocalı soyqrımının törədilməsində birbaşa əlləri var. Günahsız insanların ölümünə bais olublar”.

İcma rəhbərinin sözlərinə görə, Paşinyanın gərək ağlı ola:

“İndi Paşinyanı Koçaryan necə sevə bilər axı?! Paşinyan hakimiyyətə gələn kimi Koçaryanı müvəqqəti də olsa, həbsə atdı. Hətta digərlərinin də canına qorxu düşüb. Ona görə də Paşinyanı hansı qüvvə olursa olsun, bax onun əli ilə devirməyə çalışırlar. Paşinyanın da gərək ağlı ola ki, sadə, çörək axtaran ermənilərin diqqətinə, qayğısına qala və işğalçılıq siyasətindən əl çəkə. Çünki  işğalçı siyasət Koçaryan, Sarkisyan hakimiyyətini uğursuzluğa düçar etdi. Onlar müvəqqəti olaraq torpaqlarımızı işğal etsə də, Azərbaycanın durmadan artan inkişafı göz önündədir. Bu gün Azərbaycan bir günəş kimi dünyada parıldayır”.

Ermənistanda xarici qüvvələrin izi varmı?!

Bayram Səfərov bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanın müstəqilliyinə paxıllıq edirlər:

“Hazırda Ermənistanda baş verən proseslərdə xarici qüvvələrin marağı var. Əgər vaxtında həmin xarici qüvvələr onlara dəstək olmasaydı, indi hər şey çox fərqli idi. BMT-nin 4 qətnaməsi icra edilsəydi, Avropa Ermənistanın hərəkətlərini pisləsəydi, Amerika maliyyə, Rusiya silah, Fransa mənəvi yardım etməsəydi, din qardaşımız olan İran çörək verməsəydi Ermənistan bu günə gəlməzdi. İndi sadə erməni xalqı firavan yaşayardı. Ona görə də bu cür məsələlərdə xarici qüvvələrin mütləq  maraqları var və Azərbaycanın müstəqiliyinə paxıllıq edirlər”.
 

“Erməni həyasızlığından başqa bir şey deyil”

İcma rəhbəri Paşinyanın oğlunu Qarabağa göndərməsinə də münasibət bildirib.


“Paşinyanın oğlunu Qarabağa göndərməsi oyundan başqa bir şey deyil. Həmçinin, Paşinyan oğlunu Qarabağa necə yollamasın axı?! Sadə vətəndaş işğalçılıq siyasətindən bezib və oğullarını Qarabağa göndərmək istəmir. İndi də Paşinyan oğlunu Qarabağa göndərməklə  xalqa nümunə olmağa çalışır. Guya bu adam vətənpərvərdir. Qarabağda doğulmayan oğlunu əsgərliyə göndərməsi erməni həyasızlığından başqa bir şey deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30