Modern.az

Tanınmış jurnalist vəfat edib  

Tanınmış jurnalist vəfat edib  

31 Avqust 2018, 16:37

Azərbaycanın tanınan idman jurnalisti Abbas Əzimov vəfat edib.

Modern.az-ın məlumatına görə, 81 yaşlı A.Əzimov son aylar sağlıq durumu ilə bağlı problemlər yaşayırdı.

Onu  futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırdılar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində…

Abas Əzim oğlu Əzimov 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Səkkizinci sinfi bitirəndən sonra  Neft texnikumunu, sonra isə Bakı axşam məktəbini bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan televiziyasında fəhlə kimi başlayıb və eyni zamanda  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 

Onun idman jurnalistikasına gəlişi mərhum Valid Sənaninin adı ilə bağlıdır. Məşhur telejurnalist  marağını nəzərə alaraq  onu 1967-ci ildə idman proqramları redaksiyasına dəvət edib. Əvvəlcə redaktor kimi fəaliyyətə başlayan Abas müəllim  sonralar baş redaktorun müavini vəzifəsinədək irəliləyib.  1997-ci ildən əmək fəaliyyətini AFFA-da davam etdirirdi. 
Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov son vaxtlar AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktoru idi.

O, “Neftçi -70”, “Azərbaycan milli komandası”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” və  “Futbolumuz müstəqillik dövründə”  kitablarının müəllifidir.

Allah rəhmət eləsin...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır