Arxiv
4 Sentyabr 2018, 13:48 | TƏHSİL
Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1982 nəfər BDU-nu seçib

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. 


Bu barədə Modern.az-a Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova məlumat verilib.

O bildirib ki, bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil edib.

BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5444 nəfər qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.

Bu il qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan tələbələr ötən illə müqayisədə 71 nəfər artaraq 461, 500-700 arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər olub. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU olub. 

Onu da qeyd edək ki, bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin sayında da artım olub. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləlik də BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.

Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən ilə müqaisədə 106 nəfər artaraq 701 təşkil edib.

Magistratura səviyyəsinə qəbul olan magistrantların sayı da açıqlanıb.

Onların sayı 776 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur. 
Qeyd edək ki, bu il Bakı Dövlət Universitetinin magistratura səviyyəsində “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” adlı yeni ixtisaslaşmalar açılıb.

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı 23 minə yaxındır.

Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən 1500 nəfər professor-müəllim heyəti məşgul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16