Modern.az

Tanınmış jurnalistə yeni vəzifə verildi  

Tanınmış jurnalistə yeni vəzifə verildi   

Media

4 Sentyabr 2018, 17:10

Bu yaxınlarda “Space” televiziyasındakı redaktor postundan ayrılan əməkdar jurnalist Nüşabə Hüseynli yeni vəzifəyə təyinat alıb.

Modern.az-ın məlumatına görə, N.Hüseynli Prezident yanında Bilik Fondunda Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

N.Hüseynli əvvəllər “Zaman”, “Şəhriyar”, “Elita”, “Bizim əsr”, “Günsəhər” qəzetlərində işləyib, “Lider” televiziyasının ilk siması olub, bu telekanalda redaktor kimi fəaliyyət göstərib. 

2008-2018-ci illərdə “Space” televiziyasında redaktor vəzifəsində çalışırıb. 

N.Hüseynli son illər “Space” televiziyasının “Hər səhər” proqramının redaktoru vəzifəsində çalışmaqla paralel, qəzetlər və informasiya portalları ilə əməkdaşlıq edib, köşə yazarı kimi fəaliyyət göstərib. Onlarla kitabın redaktorudur. “Televiziya jurnalisikası” kitabının həmmüəlliflərindəndir. 
2016-cı il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "əməkdar jurnalist" fəxri adı ilə mükafatlandırılıb.

N.Hüseynli Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub, 2007-ci ildə “Azərbaycan ədəbi-nəzəri fikrində realizm problemi” adlı namizədlik dissertasiyasını müdafiə edib. 
Jurnalistlik fəaliyyətilə yanaşı, 2009-2016-cı illər arası Bakı Slavyan Universitetində pedaqoji fəaliyyət göstərib. Universitetin jurnalistika fakültəsinin “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır