Arxiv
5 Sentyabr 2018, 09:52 | MEDİA
Tanınmış jurnalist Rövşən Binnətliyə mənzil verildi  

Tanınmış jurnalist, "CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətliyə mənzil verilib. Modern.az-ın məlumatına görə, jurnalist özü bu haqda belə deyib.

“Bu gün həyatımda baş verən ən önəmli hadisələrdən birinin sevincini yaşayır və hisslərimi sizinlə bölüşmək istəyirəm. Bir az əvvəl mənə məcburi köçkünlər üçün “Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən mənzil verildi. Bu, qismət olarsa, yaxın vaxtlarda qeyd edəcəyim 60 illik yubileyimə ən böyük hədiyyədir. Ona görə müraciətimə son dərəcə həssaslıqla yanaşan və müsbət cavablandıran Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ailəm adından sonsuz təşəkkür edir, minnətdarlığımı bildirirəm.
Daha bir mühüm məqamı vurğulamağı özümə borc bilirəm. Bir neçə aydır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayev rəhbərlik edir. Bu təyinata görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü çatdırıram. Çünki illərdir yaşayış şəraitinin yaxşılaşdırılacağını gözləyənlər artıq humanist və həssas, ən əsası isə obyektiv yanaşmanın şahididir. Təbii ki, yüksək dövləti etimada görə Rövşən müəllimi təbrik edirəm, amma eyni zamanda bildirirəm ki, bu təyinatdan ən çox udan Azərbaycan dövləti, Azərbaycan hökuməti, ilk növbədə isə məhz taleyinə qaçqınçılıq, köçkünlük yazılmış biz qəlbiyaralı insanlardır”.

Rövşən Binnətli Azərbaycan idman jurnalistikasının tanınmış simalarından biridir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinini bitirib. 1980-ci ildən jurnalistikadadır. Jurnalistika fəaliyyətinə qəzetdən başlayıb. Sonra 11 il  - 2001-2012-ci illərdə "Lider" televiziyasında işləyib. Ardından “New Baku Post” qəzetində çalışıb. Hazırda "CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktorudur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00