Bəzi KİV-lərdə cüdo üzrə Azərbaycan çempionu kimi təqdim edilən Tariyel Qurbanovun cinayət əməli törətməsi ilə barədə yazılar dərc edilib.
Azərbaycan Cüdo Federasiyası bununla bağlı açıqlama yayıb. Federasiyadan Modern.az-a daxil olan açıqlamada bildirilib:
“Bildiririk ki, Tariyel Qurbanov Azərbaycan çempionu olmayıb və Azərbaycan çempionu adı uğrunda gedən yarışlarda belə bir idmançı yer qazanmayıb”.
Modern.az