Modern.az

Sevinc Fətəliyeva: “Düşünmək və qərar çıxarmaq üçün 20 il kifayət qədər uzun dövrdür”

Sevinc Fətəliyeva: “Düşünmək və qərar çıxarmaq üçün 20 il kifayət qədər uzun dövrdür”

Təhsil

5 Oktyabr 2011, 18:48

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətini üzvü Sevinc Fətəliyevə dünən qurumun komitəsində çixış edib. Deputat bildirib ki, hər bir dövlətin sabit mütərəqqi inkişafı üçün bir sıra vacib şərtlər mövcud olmalıdır:

“Süh və əmin -əmanlıq, suveren hüquqların və konstitusiyon normaları ölkə daxilində təbliği və yerinə yetirilməsi əsas şərtlərdəndir. Cox təssüf ki, Ermənistanla münaqişəyə görə ,artıq 20 ildir ki,torpaqlarımızın 20 faizi bu ölkənin silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan qaçqın və məcburi köçgün yer və yurdlarından didərgin düşərək, daimi yaşayış yerlərinə qayıtmaq imkanından məhrumdur.

20 ildir ki bu  şəraitə baxmayaraq,ölkəmizdə siaysi və vətəndaş instutları, mədəniyyətmiz və iqtisadiyyatmız inkişaf edir.

İkinci Dünya müharibəsindən sonra insan haqları, demokratiya, fikir azadlığı kimi prinsiplər beynəlxalq münasibətlər sistemində ön plana çıxmış, XXI əsrdə isə tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Əlbətdə bütün insanlıq demokratiyanın ümumbəşəri dəyərlərindən faydalanmalıdır. Ancaq unutmaq olmaz ki, bir qrupun demokratik haqları təmin olunduğu zaman, digər bir qrupun haqları qətiyyən tapdalanmammalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan təxminən 70-80 min ermənin bu haqlardan yararlanmaq istəməsi, təxminən 1 milyona yaxın digər Azərbaycan vətəndaşlarının təməli haqq və hüquqlarının pozulması hesabına olması həm etik, həm də beynəlxalq hüquq baxımından qəbul edilməzdir. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinin yurisdiksiyası daxilində Azərbaycan konstitusiyası və qanunları, tərəf olduğu beynəlxalq müqavilələr çərçivəsində digər vətəndaşlarımız kimi bütün haqq və hüquqlardan faydalana bilərlər. Ermənistanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində pozitiv addımlar atacağı təqdirdə buna heç bir maneə yoxdur.

1994 -cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi elan edilmişdir, lakin buna bu baxmayaraq günü bu gündə təmas xəttində nəyinki hərbiçilər və əsgərlərin,eləcədə müllki şəxslərin,günahsız körpələrin qanı tökülür,işğal altında olan Azərbaycan  kəndlərində yaşayan sülhsevər əhali, hətda jurnalistlər də erməni snayperlərinin atəşinə məruz qalır. Hərçənd, ədalət naminə qeyd etməliyik ki, beynəlxalq ictimaiyyət belə hərəkətləri ittiham etsədə,bütovlükdə vəziyyət dəyişilməz qalır.

Azərbaycan öz konstitsiyon haqlarını hər vasitə ilə bərpa etmək hüququnda və qüvvəsində olmasına baxmayaraq,əvvəlki kimi, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının tərəfdaşı kimi çıxış edir.

 20 il  böyük bir zaman cərçivəsidir. 20 ildə Azərbaycan öz müstəqilliyi qoruyub saxlaya bildi və böyük uğurlara imza ataraq inkişaf etdi.Bu gün Azərbaycanın əsas məqsəd və məramı dövlət müstəqilliyi və suverenliyinin qorunub saxlanmasına və ərazi bütövlüyünün bərpa olunmasına yönəlmişdir.

Heç bir çətinliyə baxmayaraq, bu dövr üçün bizim ölkəmiz öz inkişafında böyük sıçrayış etdi.Azərbaycan nəyinki dünya və regionda özünün nüfuzunu saxladı, eləcədə ölkə daxili iqtisadiyatını inkişaf etdirərək, dünyaya nüfuzlu və sivil bir dövlət kimi özünü tanıtdı. Cox ürək ağrısı ilə qeyd etməliyik ki, bu inkişafla yanaşı, bizi narahat edən problemlərdən biri işğal altında ölan ərazilərimizdə meşələrimizin, nadir cinsli ağaclarımız yandırılması,tarixi abidələrimiz məhv edilməsidir. Biz sülh dialoqunun tərəfdarlarıyıq. Müharibə ölüm, xarabalıq, ağrı və acını özündə təcəssüm edir. 
Düşünmək və qərar çıxarmaq üçün 20 il kifayət qədər uzun bir dövrdür. Lakin, mövcud vəziyyətdə bu münaqişənin həllində vastəçilik edənlər özləri -özlərinə bir sual ünvanlamalıdırlar,nəyə görə ermənilərə uzun illər boyunca BMT-ın təhlükəsizlik Şurasının, Avropa Şurasının qətnamələrinə məhəl qoymamağa imkan verilmişik,üzv ölkə kimi bu öhdəlikləri üzərimizə götürməkdən çəkinmişik?”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə