Arxiv
7 Sentyabr 2018, 10:26 | ƏDƏBİYYAT
Lütfi Zadənin qəbirüstü abidəsinin ideya müəllifi olan xanım Modern.az-a DANIŞDI - EKSKLÜZİV  

Sentyabrın 6-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anım günü idi, onun ölümünün 1 ili tamamlandı. Lütfi Zadə ötən ilin 6 sentyabrında ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl  doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət edib.

Lütfi Zadənin il mərasiminə yaxın qəbirüstü abidəsi ictimaiyyətə təqdim olunub. Lakin dünya şöhrətli alimin abidəsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Bəzi insanlar sosial şəbəkələrdə abidəni alimin adına yaraşdırmadıqlarını bildiriblər.

Qeyd edək ki, Lütfi Zadənin qəbirüstü abidəsi məşhur heykəltəraş, xalq artisti Ömər Eldarov tərəfindən hazırlanıb.

Modern.az saytı cəmiyyətdə səslənən fikirlərə münasibət öyrənməyə çalışıb. Əməkdaşımız bunun üçün Lütfi Zadə irsini araşdıran Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova  ilə əlaqə saxlayıb.


Şahnaz Şahbazova qəbirüstü abidənin hazırlanmasında Ömər Eldarova təkliflər verdiyini və abidəyə görə ona təşəkkür etdiyini bildirib.

 

“Əslində abidədən Lütfi Zadənin obrazı aydın görünür. Bu obrazda Lütfi Zadə dünyaya elm qapısını açır. Mən Ömər müəllimlə Lütfi Zadənin abidəsi üçün may-iyun aylarında bir qədər əməkdaşlıq etdim. Hər dəfə saat yarım söhbət edirdik. Yaşlı adamdır. Onu incidirdim. Çünki çox informasiya verirdim. Deyirdim ki, “Lütfi Zadə qətiyyən gülən adam olmayıb. Onu gülərüz verməyin. O adam həmişə düşüncəli olub”.

Öncəki hazırlıqda Ömər müəllim Lütfi Zadəni kəpənəkli geyimlə təsvir etmişdi. Məruzə etdim ki, Lütfi Zadə daimi olaraq köynəyinə kəpənək bağlamayıb. Kəpənək onun qarderobunun 3%-ni təşkil edib. 97% geymdə qalstuk taxıb. Həmçinin, Lütfi Zadə uzunboğaz koftanın üstündən köynək geyinməyi sevirdi.

Daha sonra Ömər müəllimə onun 6 nəzəriyyəsi barədə məlumat verdim. Hər dəfə 100-ə yaxın şəkil göstərirdim. Ömər müəllim dahi insanı bu qədər yaxından tanımağıma təəccüb edirdi. Həyatımın 12 ilini Lütfi Zadəyə həsr etdiyimi deyirdim.  Bu müddət ərzində çalışdım ki, Lütfi Zadənin obrazını Ömər müəllimə verim. Dediyiniz fikirdə də həqiqət var. Düzü, heç düşünmədim ki, Ömər müəllim pencəyi yaxası açıq formada verər. Ancaq Ömər müəllim ümumilikdə obrazı çox gözəl çatdıra bilib. Bu, çox böyük bir işdir. Bütövlükdə Lütfi Zadənin qəbirüstü abidəsindən məmnunam. Cənab prezidentimizin qarşısında baş əyirəm. Minnətdaram. Həmçinin, şadam ki, dünya şöhrətli dahi insanın məzarı Azərbaycandadır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Erməni zindanında səkkiz gün”ün təqdimatı oldu 20 İyun 2019, 23:53 Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34