Oktyabrın 6-dan Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfəri başlayıb. Modern.az bildirir ki, o, iki günlük səfəri çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq. Səfərinə Ermənistandan başlayacaq Sarkozinin Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumat;na görə, Nikolya Sarkozi Ermənistanın prezidenti Serj S'rkisyanla, bütün ermənilərin katolikosu II Qareqinlə görüşəcək, qondarma "erməni soyqırımı" abidəsinə baş çəkəcək.
Rəsmi məlumata əsasən, İrəvanda Fransa və Ermənistan prezidentləri erməni mənşəli məşhur Fransa şansonyesi Şarl Aznavurun ev-muzeyinin açılışında iştirak edəcəklər. Sarkozi həmçinin Oqyust Renuarın yaratdığı Jül Bastyen-Lepajın heykəlinin Ermənistana ötürülməsi mərasimində iştirak edəcək.
Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Fransanın rolunu nəzərə alaraq, görüşlər zamanı bu məsələyə xüsusi diqqət yetiriləcəyi qeyd olunur.
Nikola Sarkozi ölkəmizə sabah gələcək. Onun səfər proqramına Azərbaycanda fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanması da daxildir.
Bakıda Azərbaycan və Fransa prezidentlərinin görüşü olacaq.
Görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakrə ediləcək.
Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi prezident səviyyəsində danışıqlar prosesi ilə bağlı mövqe açıqlanacaq.
Sarkozinin Azərbaycanda fəaliyyət göstərən bir sıra Fransa şirkətlərinin nümayəndələri və bir neçə nazir müşayət edəcək.
Bakıdan sonra Sarkozi Tiflisə gedəcək.
Modern.az