Modern.az

İraqda İran konsulluğu yandırıldı

İraqda İran konsulluğu yandırıldı

Dünya

7 Sentyabr 2018, 20:23

İraq başlayan iğtişaşlar bir həftədir davam edir. Modern.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, iğtişaşların bürüdüyü Bəsrə şəhərində etirazçılar İran konsulluğuna od vurublar.

Qeyd edək ki, dünən axşam nümayişçilər Bəsrədə İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərini yandırmışdılar.

 

Etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin təmiz içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR