Modern.az

“Qazprom”un başçısı qəzaya düşdü

“Qazprom”un başçısı qəzaya düşdü

7 Sentyabr 2018, 21:30

Rusiyanın “Qazprom” şirkətinin başçısı Aleksey Miller Moskvanın Kaşirskoye şossesində avtomobil qəzasına düşüb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumatı şirkətin nümayındəsi Sergey Kupriyanov yayıb.

 

Mənbə əlavə edir ki, qəza hava limanına tərəf gedən yolda baş verib. Kupriyanovun sözlərinə görə, Miller özünü yaxşı hiss edir. O əlavə edib ki, qəzanı “xırda hadisə” adlandırmaq olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə