Modern.az

Qənirə Paşayeva AŞPA-da Ermənistandakı vəziyyətdən danışıb (Çıxışın mətni)

Qənirə Paşayeva AŞPA-da Ermənistandakı vəziyyətdən danışıb (Çıxışın mətni)

Təhsil

6 Oktyabr 2011, 12:26

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun plenar iclasında çıxış edərək Ermənistanda demokratik institutların vəziyyətindən danışıb, bu dövlətin  Avropa Şurasının prinsip və dəyərlərinə hörmət etmədiyini iştirakçıların diqqətinə çatdırıb.
Modern.az azərbaycanlı deputatın çıxışını təqdim edir : 

- Hörmətli xanımlar və cənablar!

Bu günə qədər Ermənistanda 2008-ci ildə qətlə yetirilen on insanın qətlinə göstəriş verən heç bir dövlət rəsmisi qanun qarşısında cavab verməyib. Onların qətlə yetirilməsinə  kimin göstəriş verdiyi barədə hələ heç bir məlumat yoxdur. Aradan 3 il keçib…   Doğurdanmı bu göstərişi kimin verdiyini bilmək bu qədər çətindir. Hüquq-mühafizə orqanlarına bu göstərişi kim verə bilərdi sizcə… Bu qədər insanın qətlinə görə heç bir yüksək vəzifəli məmur ən azı öz vəzifə səlahiyyətini yerinə yetirə bilmədiyinə görə istefaya göndərilməyb.  Sizcə prezident niyə bu addımı atmır. Bu sualların cavabını çoxunuz bilirsiniz, amma Assambleya 3 ildən sonra qanunsuz həbs olunmuş insanların  azad edilməsinə sevinməklə yetinir.

Ermənistanda baş verənlərdə beynəlxalq təşkilatların da məsuliyyəti az deyil. Bir neçə il əvvəl bu ölkənin vətəndaşları olan 250 min azərbaycanlıya qarşı ölkə rəhbərliyi etnik təmizləmə siyasəti aparanda, onları öz evlərindən zorla çıxararaq qovanda, qətlə yetirəndə beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası sərt mövqe ortaya qoysa idi, bəlkə sonrakı hadisələr təkrarlanmazdı.  Bir zamanlar Ermənistan vətəndaşı olan azərbaycanlılara qarşı işlədilən silahları hakimiyyət sonra öz xalqına qarşı da işlətdi.

Bugünki Ermənistan hakimiyyətinin Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə belə məhəl qoymayıb, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsinə, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməməsinə qarşı Avropa Şurası Parlament Assambleyası sərt mövqe ortaya qoysa idi, bəlkə də Ermənistan hakimiyyəti insan haqlarına, qanunun aliliyinə zidd əməllərini bu qədər geniş şəkildə həyata keçirə bilməyəcəkdi…      

 Ermənistan hakimiyyətinə qarşı Assambleya tərəfindən bu cür loyal münasibətin nəticəsidir ki, bu ölkənin rəhbəri Avropa Şurasının bütün prinsip, qərar və qətnamələri əleyhinə açıqlamalar verməkdə davam edir…. Biz Assambleyamızın dəyərli üzvlərinin  bu cür açıqlamaların nələrə səbəb ola biləcəyini, onun yaratdığı gərginlikləri ətraflı  düşünəcəyini və Avropanın gələcəyi üçün bu cür bəyanatlara qarşı və bu kimi halların təkrarlanmaması üçün sərt mövqe ortaya qoyacaqlarını gözləyirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə