Modern.az

Alman müəllim və tələbələr Qəbələdə (FOTOLAR)

Alman müəllim və tələbələr Qəbələdə (FOTOLAR)

Təhsil

6 Oktyabr 2011, 12:46

Almaniyanın Humboldt Universitetinin ölkəmizdə səfərdə olan müəllim və tələbələrindən ibarət nümayəndə heyəti05 oktyabr 2011-ci il tarixdə Qəbələ rayonuna səfərə  yollanıb. Qəbələdə rayonunda  günün ikinci yarısı baş tutan görüşdə  qonaqları Rayon İcra Hakimiyyətinin başçıcı Səbuhi Abdullayev qəbul edib. Görüş zamanı icra başçısı qədim Albaniyanın paytaxtı olan Qəbələ haqqında, Qəbələnin iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qonaqlar bir zamanlar qədim Albaniyanın paytaxtı, bu gün isə Qəbələ şəhərinin xarabalıqları olan Çuxur qorugu ilə tanış olublar.
Bu gün qonaqlar Qəbələnin Nic kəndi ilə tanışlıqdan sonra  Şəki şəhərinə yola düşəcəklər. Şəkidə Xan Sarayı, İpək toxuma müəssisəsinə gedib, Kiş kəndi və  Tarix muzeyini ziyarət edəcəklər.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə