Arxiv
9 Sentyabr 2018, 12:10 | HADİSƏ
Eldar Mahmudov sabiq “kassir”inə nə vaxt baş çəkib? - Vəkilin AÇIQLAMASI

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarova baş çəkən vəkili Kamandar Nəsibov Modern.az-a daha bir maraqlı fakt açıqlayıb.


Hüquqşünas qeyd edib ki, müvəkkili azadlığa çıxacağına çox ümidlidir:

“Akif Çovdarov azadığa çıxacağına inanır. Ümid həmişə var. Akif Çovdarov çox iradəli adamdır. Özü də deyir ki, onun tutulması ilə bağlı müəyyən vəzifəli şəxslər ölkə rəhbərliyinə yalan məlumatlar veriblər. Çovdarov bildirir ki, məruzələrin çoxu yalan olub. Guya, Akif Çovdarov parnikdə gizli türmələr saxlayıb, adam öldürüb və s. O cinayətlər ki, müvəkkilimə yükləmək istəyirdilər, onların heç biri sübuta yetirilmədi. İstintaq tamamlananda həmin ittihamlar artıq yox idi. Onu da deyim ki, Çovdarovun işi üzrə zərərçəkmiş şəxslərin 90 faizi ya əvvəl, ya da istintaqdan sonra dədləduzluqla tutulmuşdu. Bunlar o şəxslərdir ki, istintaq vaxtı onlara vədlər verilirdi ki, Çovdarovun üzünə dursunlar. Əksəriyyəti bununla azadlığa çıxacağını düşünsə də, əksəriyyəti həbs olundu”.

 

Maraqlıdır ki, bu müddət ərzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun “sağ əli”, “kassiri” kimi tanınan Akif Çovdarova baş çəkibmi?

Vəkil bununla bağlı detallı məlumata sahib olmadığını bildirib:

“Mən bildiyim qədərilə Eldar Mahmudov Çovdarova baş çəkməyib. Hazırda Eldar Mahmudovun hüquqi statusunun nə yerdə olduğu barədə məlumatsızam. Bəlkə də hasısa şəkildə Akif Çovdarovdan məlumat alıb. Amma fakt olaraq həbsxanada Akif Çovdarova baş çəkməyib”.

 

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30