Arxiv
10 Sentyabr 2018, 12:12 | ƏDƏBİYYAT
Milli Elmlər Akademiyasından ziyalıların ədəbi dillə bağlı müraciətinə SƏRT CAVAB


Bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsi Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət edib. 

Müraciətdə Azərbaycan ədəbi dilinin uçuruma yuvarlandığı vurğulanır. 

Ciddi narahatlığa səbəb  Azərbaycan Milli Elmlər Akademiyasının  Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun bir neçə ay öncə ictimaiyyətin müzakirəsinə təqdim etdiyi “Orfoqrafiya qaydaları” layihəsidir.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Modern.az-a açıqlamasında müraciətə bir qədər sərt təpki verib:

“Hələ də başa düşə bilmirəm ki, niyə Azərbaycan dilinin uçuruma yuvarlandığını düşünürlər. Son günlərdə televiziya verilişlərində, tələffüz qaydalarında necə dəyişikliklər olduğuna fikir verin. Azərbaycan dilinin inkişafı ilə bağlı nə qədər dərsliklər yazılıb. Mütəmadi olaraq dilçiliyin inkişafında mühüm işlər aparılır. Bununla bağlı prezidentin sərəncamı var. O sərəncam yerinə yetirilir. Əlbəttə,  “Orfoqrafiya lüğəti” tələsik nəşr olunmalı deyil. Layihə uzun sürdüyü üçün nə qədər müzakirələr  aparıldı. Bu müddət ərzində layihə müzakirə edilib, hər bir bənd nəzərdən keçirilib. Daha sonra  bütün mütəxəssislərə göndərilib. İlk dəfə olaraq layihə ictimaiyyətin ixtiyarına verilib”.

Komissiyanın sədr müavininin sözlərinə görə, sadəcə inkişafı görmək lazımdı:

“Bu günlərdə Dil Komissiyası çağırılacaq və orada yenidən bunlar müzakirə olunacaq. Layihənin son mərhələsi müəyyənləşəcək və sonra Nazirlər Kabinetinə göndəriləcək. İşin içində olmayan və ajiotaj yaratmaq istəyən adamlar bu sözü deyibsə, jurnalistlər bunu təsdiqləməli deyil. Gözünüzün qabağında proses  gedir. Müstəqillik illərində 145 lüğət nəşr olunub. Görün 70 ildə bu qədər lüğət olub?! İstənilən elmin, texnikanın inkişafı ilə bağlı izahlı, samballı lüğət nəşr olunub. Sadəcə, bu inkişafı görmək və yazmaq lazımdı”.

Sayalı Sadıqova bəzi sözlərin yazılışında baş verən dəyişikliyə də toxunub:

“Orfoqrafiya lüğətinin müzakirəsi nədir?! Orfoqrafiya lüğətinin yeni layihəsinin hazırlanması yeni deyil. Bu, ümumilikdə dilçiliyimizin inkişafıdır. Yeni sözlər yarandıqca, alınma sözlər dilimizə daxil olduqca, ona uyğun qaydalar işlənib hazırlanıb. Məsələn, 1958-ci ildə “Moskva” sözünü “Maskva” kimi yazdılar. Bir sözə görə konfrans  keçirdilər və qəbul olundu ki müəyyən sözlər var ki, bu cür yazılmalıdır. Apostrof  sözünə keçək. Əvvəl apostrofla bağlı qaydalar verilməmişdi. İndi apostrofla verilən sözlərdə  hecadan-hecaya keçmə prosesi gedir. Yaxud da qoşa y məsələsi. Bunu o qədər müzakirə edirlər ki!... Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Azərbaycan ədəbi dilinin inkişafına nəzər salıb tədqiqat aparmışam. Həmin araşdrıma zamanı bəlli oldu ki, qoşa “yy” məsələsi bu günün məsələsi deyil”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30