Arxiv
10 Sentyabr 2018, 22:08 | ƏDƏBİYYAT
“Səni deyirlər” - intellektual görünmək kompleksi…

Sevda Sultanova

Mübahisələr səngimişkən, emosiyalar öləzimişkən «Səni deyirlər» mövzusunda bir necə məqamı qeyd edim.

Mahnının, ona rəqs edən güneylilərin sosial şəbəkələrdə aşağılanması bir qism quzeylinin natamamlıq kompleksini bir daha üzə çıxardı.

İntellektual görünmək kimi natamamlıq kompleksini nəzərdə tuturam.

Misalçün, sosial şəbəkələrdə istifadəçi hansısa kitabı oxuması, və ya filmə baxması haqda paylaşım edəndə, mütləq sarkastik tərzdə irad bildirən kimsə tapılır: “Bıyy, sən, bu kitabı indi oxuyursan, ya filan filmi indi izləyirsən?” Yaxud kiminsə yanlışını görəndə bütün bilgilərini ortaya tökdürməyi fürsət bilirlər.

İntellekti, bilgini sərgiləməyin məğzində əksər hallarda eqonun özünü təsdiqə susaması dayanır. Erkin Qədirlinin fikrinə kiçik bir dəyişiklik etsəm, öyrənmək üçün yox, öyünmək üçün oxumaq epidemiyası yayılıb.

Psevdointellektuallıq duyğusu üstələdiyindəndir ki, bizim elmi ədəbiyyatda analitik, ideyalı mətnlər azdır.

“Səni deyirlər”i aşağılayan psevdointellktuallar adətən, məsələn, klassik musiqini sevməsələr də, özlərini onu sevmiş kimi göstərməyə zorlayırlar. Psevdointellektualların həyatının görünməyən tərəflərini araşdırsan, məlum olar ki, mənəvi dünyalarında əyalət təfəkkürü ağır basır.

Ona görə də Vudi Allen əksər filmlərində çeşidli baxış bucaqlarından, fərqli nəqli texnikalarında intellektə sarkazm, ironik yanaşmalar edir, intellektualların sosial maskasını yırtır, intim kimliyini araşdırır, dəyərlərinin tənəzzül prosesini göstərir.

…Başqa bir məsələ daha var. Dünyada trend olmuş “Gangnam Style” rahatlıqla qəbul olunursa, “Səni deyirlər”i niyə aşağılayırsınız? Zəhmət çəkib onun tərcüməsini tapın, müqayisə edin. Ki, hansının sözləri daha anlamlıdır. Yoxsa, düşünürsünüz ki, “Gangnam Style” sənət meyarlarına cavab verir? Bəlkə “Harlem Shake” yüksək plankanın göstəricisidir və nəsə dərin məna ehtiva edir?

Sadəcə, bizdən fərqli olaraq, başqa ölkələrdə insanlar daha rahatdır, onlar həyatlarına dərin fəlsəfə, anlam yükləmək kompleksindən uzaqdılar. Həyata daha sadə yanaşır, nəhəng şəhərlərin xroniki yorğunluğundan, qayğılarından dincəlmək üçün vasitə kimi baxırlar buna. Və intellektual, Motsartın “Sehirli fleyta”sını sevirik kimi görüntü yapmaq qayğıları yoxdur.

“Səni deyirlər”lə sübut olundu ki, güneylilər bu mənada bizdən rahatdılar, səmimidilər, açıqdılar, azaddırlar. Rəqs aksiyasının motivindən asılı olmayaraq…

…Rəqs aksiyasını geniş, dərin kontekstə soxmaq istəyən, onu xalqın təfəkkür probleminə, düşüncə azadlığının lokallığına bağlayan adamlar da tapıldı. Fikirlərinin təsdiqi üçün, qərb düşüncə məktəbinin simalarını, əsərlərini ortaya tökdülər.

Təfəkkür problemi, düşüncə azadlığının darlığı xalqda yox, məhz, xalqı günahlandıran intellektuallardadır. Qərb filosofları zamanında da, indi də cəmiyyətə əsərləri ilə öz faydasını verir. Siz nə etmisiniz cəmiyyəti irəli apramaq üçün? Hansı əhəmiyyətli fikri, ideyanı, konsepsiyanı irəli sürmüsünüz cəmiyyəti dəyişmək üçün? Traktatı boş verin, barı, Kamyunun “Sizif haqda mif”, Ekonun “Əbədi faşizm”, Rolan Bartın “Müəllifin ölümü” səviyyəsində bir esse yazmısızmı?

Sual budur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30