Modern.az

Sarkozi Bakıya İrəvandan gəlir

Sarkozi Bakıya İrəvandan gəlir

Təhsil

7 Oktyabr 2011, 09:03

Fransa prezidenti Nikola Sarkozi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində Bakıya gələcək.

Qeyd edək ki, Sarkozinin Cənubi Qafqaza səfəri İrəvandan başlayıb.

Fransalıların lideri bölgəyə səfər zamanı Cənubi Qafqaz ölkələrinin dövlət başçıları ilə ikitərəfli əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Azərbaycana səfəri zamanı Sarkozinin fransız dili məktəbinin yaradılması ilə bağlı sazişin imzalanacağı gözlənilir. Yeni yaradılacaq təhsil müəssisəsində uşaq baxçasından başlayaraq, litseyədək tam fransız dili təhsili verilməlidir. Azərbaycan və Fransa Təhsil nazirliklərinin birgə layihəsində Azərbaycan Dövlət Neft Şirkəti də iştirak edir.
Səfər zamanı dövlət başçıları səviyyəsində öncə təkbətək, ardından isə geniş tərkibdə görüşün keçirilməsi gözlənilir.
Bakıda səfər turnesinin bitirdikdən sonra Nikola Sarkozi  Tiflisə gedəcək.

Xatırladaq ki, ötən gün İrəvana səfəri zamanı Sarkozi İrəvana səfəri zamanı erməni həmkarı Serj Sarkisanın müşayiət ilə qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. Fransa prezidenti xatirə kitabına “Fransa unutmur” yazıb və xatirə kompleksinin bağına ağac əkib. 
O, Türkiyəyə yönəlik ittiham dolu çıxış da edib. Dediyindən belə çıxıb ki, əgər Türkiyə 2011-ci ilin sonunadək “erməni soyqırımı”nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək.

P.S. Belə yerdə mərhum deputat Şamil Qurbanovun məhşur çıxışı yada düşür: “Jak Şirak qudurub”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə