Modern.az

Bələdiyyələrə məxsus 7 mətbu orqan fəalyyətinini dayandırıb

Bələdiyyələrə məxsus 7 mətbu orqan fəalyyətinini dayandırıb

7 Dekabr 2009, 11:38

Modern.az xəbər verir ki,

Söz Azadlığını Müdafiə Fondu (SAMF) respublikamızda müxtəlif parametrlər üzrə  söz və mətbuat azadlığının monitorinqini davam etdirir. Fond bu dəfə artıq yaşı 10-a çatmış ölkə bələdiyyələrinin fəaliyyətləri ilə bağlı analoji problemləri araşdırıb. Noyabr ayında aparılan monitorinq nəticisində məlum olub ki, bələdiyyələrin fəaliyyətinə həsr olunan yalnız iki mətbu orqanı “Bələdiyyə həyatı” və “Şəki bələdiyyəsi”  qəzeti işıq üzü görüb. Xatırladaq ki, birinci mətbu orqanı Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsinin, ikinci mətbu orqanı isə Şəki bələdiyyəsinin təsisçiliyi ilə çap olunur. Məlumat üçün onu da qeyd edək ki, adıçəkilən qəzetlər ayda iki dəfə olmaqla  1000-1500 tirajla nəşr olunur.

SAMF monitorinq çərçivəsində həmçinin fəaliyyətini bu və ya digər səbəblərdən qapatmış bələdiyyə media qurumları barədə araşdırma aparıb. Belə ki, təşkilatın ekspert qrupunun monitorinqi zamanı o da məlum olub ki,  5 mətbu orqan,  2 jurnal fəaliyyətini  maliyyəsizlik ücbatından dayandırıb. Bələdiyyələrin fəaliyyətinə həsr olunan  4 internet resursundan hazırda yalnız bim.az, brm.azmunicipality.az saytları istifadədir. Belediyye.org saytı isə fəaliyyətini dayandırıb. İnternet resursları arasında municipality.az saytı gündəlik yeniləşdirlir. Qeyd edək ki, digər üç sayt  qrant proqramı əsasında yaradılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!