Modern.az

Rusiya Ermənistana daha 100 milyon dollarlıq silah satacaq

Rusiya Ermənistana daha 100 milyon dollarlıq silah satacaq

12 Sentyabr 2018, 13:56

Ermənistan müdafiə naziri David Tonoyan Rusiyadan yeni hərbi kredit alındığını elan edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir yeni 100 milyonluq kreditin alınacağını etiraf edib.

“Hazırda hərbi kreditin alınması prosesi gedir. Bu məbləğə hansı silahların alınacağını hələlik açıqlamayacam”.

 

Qeyd edək ki. Bundan əvvəl, Moskva Ermənistana güzəştli şərtlərlə 200 və 100 milyonluq hərbi kreditlər ayırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?