Arxiv
12 Sentyabr 2018, 14:24 | AKTUAL
İlahiyyat İnstitutunda yüksək bal toplayan tələbələr mükafatlandırılıb

12 sentyabr 2018-ci il tarixdə ilk tədris ilinə başlayan Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2018-2019-cu illər üzrə qəbul edilmiş tələbələri ilə görüş keçirib.

         
Modern.az-ın məlumatına görə, Aİİ rektoru Ceyhun Məmmədov valideynləri və tələbə adını qazanmış abituriyentləri təbrik edərək, onlara qədəm qoyduqları  məsuliyyətli yolda uğurlar arzulayıb. Tələbəliyin insan həyatının ən müqəddəs və şərəfli mərhələlərindən birini təşkil etdiyini söyləyən rektor millətin gələcəyinin onun təhsilə və elmə verdiyi dəyərlə ölçüldüyünü bildirib.

      
Aİİ rektoru gənc nəslin sağlam ruhda yetişməsi, yüksək dünya standartları ilə ayaqlaşan təhsillə təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərdiyini vurğulayıb. C.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu qeyd edib. Dərin bilikli, güclü şəxsiyyətli, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər edəcəyini, ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacağını bildirib.

       
Ceyhun Məmmədov Aİİ-yə 2018-2019-cu tədris ilində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə ümumilikdə 60 tələbənin qəbul olduğunu deyərək  cari il üçün institutun ümumi hesabatını açıqlayıb: “Dinşünaslıq ixtisasına 25 tələbə, islamşünaslıq ixtisasına 35 tələbə qəbul olunub. Dinşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə 463 bal toplayan Əliyev Məhəmməd Xəyaməddin oğludur. İslamşünaslıq ixtisası üzrə ən yüksək nəticə göstərən tələbə 396 bal toplayan Məmmədova Aysel Elçin qızıdır.”


C.Məmmədov tələbə və valideynlərə tədris prosesi, keçiriləcək fənlər haqqında ümumi məlumat verərək, Aİİ-də tədrisin yüksək ixtisaslı kadrlar tərəfindən təşkil olunduğunu, İslamla yanaşı, müasir sosial elmlərin metodları əsasında digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturlarını, o cümlədən fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi digər sosial, humanitar elmlərini də öyrənmək imkanına malik olacaqlarını diqqətə çatdırıb. Rektor, tələbələrə ingilis, ərəb, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanının yaradılacağını qeyd edib. Eyni zamanda, beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı olacağını vurğulayıb. C.Məmmədov İnstitutda zəngin kitabxana fondunun olduğunu, tələbələrin bu fonddan açıq rəf sistemi ilə istifadə edə biləcəyini bildirib. Aİİ-də təqdim olunan təhsil imkanlarının ödənişsiz və dövlət sifarişi əsasında həyata keçirildiyini vurğulayan rektor tələbələrin təqaüd, pulsuz yemək, geyim və yataqxana ilə təmin ediləcəyini qeyd edib.


C.Məmmədov institutdan məzun olacaq tələbələrə karyera qurmaq imkanı yaradılacağını, o cümlədən hər iki ixtisas üzrə dövlət qulluqçusu, yaxud din xadimi, tədqiqatçı və pedaqoq sahələrində işlə təmin olunacaqlarını bildirib.

    
 Görüşün sonunda tələbə və valideynlərin sualları cavablandırılıb, ixtisaslar üzrə yüksək bal toplayan tələbələr mükafatlandırılıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43