Modern.az

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi

Aktual

12 Sentyabr 2018, 14:42

Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət haqqında” və “Milli Arxiv fondu haqqında” qanuna dəyişiklik layihələri müzakirə edilib.

Bildirilib ki, bu dəyişikliklər texniki xarakterlidir.

Komitə sədri Rəfael Hüseynov hesabatla çıxış edib, Milli Məclisin yaz sessiyasında görülən işlər barədə məlumat verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir