Arxiv
12 Sentyabr 2018, 15:37 | AKTUAL
Bakı ikinci “Cümhuriyyət paradı”na HAZIRLAŞIR  

Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100-cü ili tamam olur.  Bu münasibətlə Bakıdakı Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bir neçə gündür parada hazırlıq işləri də gedir.
Müdafiə Nazirliyi paradda nələrin olacağı haqda hələ ki rəsmi məlumat verməyib.

Cümhuriiyət tarixinin araşdırıcısı Nəsiman Yaqublu Modern.az-a açıqlamasında paradı alqışladığını vurğulayıb, amma daha detallı məlumata malik olmadığını deyib.

“Rəsmi şəkildə mənə dəvət gəlməyib. Təbii ki, özüm gedib iştirak edəcəm, yəqin ki, heç kimə qağada qoyulmaz. Bu çox əhəmiyyətli hadisədir. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı hərbi parad keçirilir və burada Türkiyənin də dövlət başçısınının iştirakı gözlənilir”.

 

Tarixçi bildirib ki, bu tədbir ərəfəsində onların bir kitabı da çap olunub.

 

“Kitabın adı “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”dir. Kitabın təqdimatını çox ehtimal ki, paraddan sonra Türkiyənin Azərbaycandakı səfirliyində keçirəcəyik”.

 

N.Yaqublu deyib ki,  Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə bağlı Bakıda keçiriləcək parad sayca ikincidir.

“Belə bir tədbir ilk dəfə 1918-ci il sentyabrın 15-də keçirilib. O vaxt hərbi parad “Qurd Qapısı” deyilən ərazidən başlayıb, indiki Biləcəriyə qədər uzanıb. İndiki Bakı Dövlət Universitetinin ərazisi əvvəllər “Qırmızı qışlaq” adlanan yer idi. Oradan da keçmək şərti ilə Qafqaz İslam Ordusu Bakıya təntənəli şəkildə daxil olub və komandan Nuru Paşa həmin paradı keçirib. Budəfəki parad Qafqaz İslam Ordusunun şəninə keçirilən ikinci belə tədbirdir. Qafqaz İslam Ordusu buna haqq edir, Azərbaycanın bir çox bölgələrinin, o cümlədən Bakının azad edilməsində Nuru Paşanın böyük rolu olub. Mənə elə gəlir ki, 100 illik ərəfəsində, hadisələrin gedişatında biz Bakının gözəl bir yerində Nuru Paşaya, yəni Bakının xilaskarı olan bu insana abidə qoymalıyıq”.

 

Tarixçinin sözlərinə görə, TRT televiziyası Qafqaz İslam Ordusu haqqında ayrıca bir film çəkir:

“Həmin filmdə mən də iştirak etmişəm, Qafqaz İslam Ordusu haqqında danışmışam. Aldığım məlumata görə, sentyabrın ya 14-ü ya da 15-i Türkiyənin Prezident iqamətgahında həmin filmin təqdimatı keçiriləcək”.

 

“Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət tarixini araşdıran Akif Aşırlı da parad haqqında ətraflı məlumata malik deyil:

“Televiziyalarda, saytlarda parada hazırlığın görüntüləri yayımlanır. Bakı zəfərini özündə əks etdirən belə bir paradın keçirilməsinə çox ciddi ehtiyac var idi və bunu müsbət dəyərləndirirəm. Tarixdə də bu şəkildə rəsmi keçid olub, hətta 1918-ci il sentyabrın 17-də Hürriyət meydanında əsgərlərin rəsmi keçidi təşkil olunib və bayram əhval-ruhiyyəsi hökm sürürdü. 1 il sonra, 1919-cu ildə də Azərbaycan əsgərlərinin rəsmi keçidi olub. Bu paradların keçirilməsinin tarixi kökləri var. Hesab edirəm ki, bu paradın keçirilməsi bizim tariximizə, Bakının qurtuluş savaşına və həmin dönəmlərdə Azərbaycanın bütövlüyü uğrunda şəhid olanlara hörmət əlamətidir. Həm də Azərbaycan istiqlalına, müstəqilliyimizə bir münasibətdir”.

 

Akif Aşırlı deyib ki, paradla bağlı ona hansısa dəvət gəlməyib.

“Hələ ki məni də dəvət etməyiblər, ətraflı bir məlumatım yoxdur. Paradın kim tərəfindən və neçə təşkil olunması ilə bağlı məlumata malik deyiləm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32