Arxiv
12 Sentyabr 2018, 20:58 | AKTUAL
Üç ayda 800 məcburi köçkün ailəsinə yeni mənzil verilib

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda yeni təyin olunan nümayəndəsi xanım Fatoş Hande Harmancı ilə görüşüb. Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, R.Rzayev xanım Fatoş Hande Harmancını yeni təyinatı münasibəti ilə təbrik edib.

 

Azərbaycan Respublikası ilə ÜST arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu əməkdaşlığın ölkəmizdə səhiyyənin inkişafına, o cümlədən qaçqınlara və məcburi köçkünlərə göstərilən tibb xidmətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Qonağa məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində iyirmi mindən çox azərbaycanlı həyatını itirib, on minlərlə insan yaralanıb, əlil olub, bir milyon iki yüz min nəfər doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün kimi müvəqqəti sığınacaqlarda, sanitar-gigiyena normalarının tələblərinə cavab verməyən, sağlamlıq üçün təhlükəli yerlərdə yaşamaq məcburiyyətində qalıb.

 

Bununla belə, Azərbaycan dövləti özünün məcburi köçkün vətəndaşlarının, həmçinin Ermənistandan və digər münaqişə zonalarından ölkəmizə pənah gətirən qaçqınların ilkin ehtiyaclarını ödəmək üçün bütün imkanlardan istifadə edib.

 

Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə, o cümlədən zəruri tibbi xidmətlə əhatə olunmasına bu gün Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlər üçün salınmış qəsəbələrin sayı 100-ə çatmaqdadır. Bu qəsəbələrin hamısında tibb məntəqələri fəaliyyət göstərir.

 

Ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə icrasına başlanmış layihələr uğurla icra edilir. Bu məqsədlə Bakının Qaradağ rayonu ərazisində inşa olunmuş Qobu Park yaşayış kompleksindəki xüsusi təyinatlı mənzil fondundan son üç ayda 800-ə qədər məcburi köçkün ailəsinə yeni mənzil verilib.

 

Komitə sədri uzun illər ağır şəraitdə yaşayan məcburi köçkünlərin sağlamlığının bərpası, onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı layihələrin hazırlanmasında və icrasında ÜST-nin dəstəyinin əhəmiyyətli ola biləcəyini qeyd edərək, xanım Harmancının bu sahədə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Xanım Fatoş Hande Harmancı səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu qeyd edərək deyib ki, ÜST-ün ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi üçün səyini əsirgəməyəcəkdir.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00 Sabah 38 dərəcə isti olacaq, külək əsəcək - HAVA PROQNOZU 19 İyun 2019, 12:55 Niyazi Bayramov sakinləri dinləyib 19 İyun 2019, 12:45 Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq” 19 İyun 2019, 12:45 Komitə sədrləri ölkə başçına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…” 19 İyun 2019, 12:42 Zakir Həsənov çağırış etdi 19 İyun 2019, 12:39 Platini sərbəst buraxıldı 19 İyun 2019, 12:35 “Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib 19 İyun 2019, 12:34 Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB 19 İyun 2019, 12:20