Modern.az

Deputat sədr seçilib

Deputat sədr seçilib

Təhsil

7 Oktyabr 2011, 12:50

Bu gün millət vəkili Asim Mollazadənin rəhbərlik etdiyi Demokratik İslahatlar Partiyasının (DİP) III qurultayı keçirlir. Qurultaya partiyanın 54 rayon-şəhər təşkilatından təxminən 156  nümayəndə seçilib və onlardan 126 tədbirdə iştirak edir.

Qurultayda DİP sədri A.Mollazadə hesabatla çıxış edib. Bildirib ki, partiyanın yaranmasından cəmi 6 il ötməsinə baxmayaraq, bu qısa müddət ərzində təşkilat bir sıra uğurlara nail olub.

Qurultayda partiyaya növbəti sədr seçkisi keçirilib. Asim Mollazadə növbəti müddətə Demokratik İslahatlar Partiyasının sədri seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə