Modern.az

Azərbaycanlı polis geyimində dələduzluq etdi

Azərbaycanlı polis geyimində dələduzluq etdi

12 Sentyabr 2018, 21:54

Azərbaycan vətəndaşı Rusiyanın İjevsk şəhərində dələduzluq edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İjevsk prokurorluğu məlumat yayıb.

 

Bildirilir ki, ittiham edilən şəxs martın 3-də dayanacaqlardakı pavilyonlarda satıcılara yaxınlaşaraq, özünü polis əməkdaşı kimi təqdim edib.

 

O, xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirildiyini deyərək, birja terminallarını götürüb.

 

Bununla da, Azərbaycan vətəndaşı naməlum şəxslərlə Vorovski və Puşkinski küçələrində iki terminalı aparıblar.

 

Dələduzlar terminalları kirayələnmiş avtomobillərdə ərazidən uzaqlaşdırıblar. Lakin cinayətkarların üçüncü cəhdi alınmayıb. Lenin küçəsində satıcı onlardan vəsiqələrini tələb edib və sonuncular qaçmağa məcbur qalıblar.

 

Dəstə üzvlərinin vurduğu ziyan 125 min rubl (3 min manat) dəyərində qiymətləndirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi