Arxiv
12 Sentyabr 2018, 23:45 | AKTUAL
“Apple” yeni iPhone modellərini təqdim edib

Kaliforniyada yeni "Apple" məhsullarının təqdimatı keçirilib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, daha sonra iPhone modelləri barədə danışan aparıcı bildirib ki, dünyanın 1 nömrəli smartfonuna çevrilən X modelinin alıcılarının 98 faizi telefondan razı qalıb.

 

iPhone-nun 3 yeni modeli təqdim olunub. iPhone Xs, iPhone X Max və iPhone Xr. Bu modellər bir-birlərindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər. iPhone Xs və iPhone X Max telefonlarında OLED ekranından istifadə olunsa da, iPhone Xr-in ekranı LCD-dir. Şirkətdən bildirilib ki, iPhone Xr telefonunda ilk dəfə olaraq LCD ekran edge-to-edge şəklində qurulub.

 

iPhone Xr modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq. Onun müxtəlif-sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. Model A12 bionik sistemi ilə təchiz olunub. Tək 12 meqapiksellik arxa, 7 meqapiksellik ön kameraya malikdir. Portret rejimindən istifadə etmək mümkündür.

 

Xs modelini təqdim etmək üçün səhnəyə Fil Şiller çıxıb. O, telefonun paslanmaz dəmirdən hazırlandığını söyləyib. 3 rəngdə (qızıl, gümüşü, səmavı boz) satışa çıxarılacaq smartfon suya dayanıqlı olacaq. Hətta bildirilib ki, telefon hovuzun dibində belə işləyir. 5.8-inch OLED ekrana sahibdir.

 

Xs Max modeli 6.5 inç Oled ekranə malikdir. Ölçüsü təxminən iPhone 8 boydadır. 512 gb-lıq yaddaşı olan versiyası da istehsal olunub. İki kameralıdır. Arxa kameraların hər ikisi 12 meqapikseldir.

 

Daha sonra iPhone X modeli ilə çəkilən foto monitorda göstərilib və bildirilib ki, bu fotodan Time jurnalının üz qabığında istifadə olunub.

 

Enerji saxlama müddətinə gəldikdə isə Xs X-dən yarım saat, X Max isə 1 saat çox enerji saxlayacaq. Bu isə iPhone modelləri üçün çox da böyük yenilik sayılmaz.

 

Ən böyük yenilik sim kartlarla bağlıdır. Belə ki, artıq iPhone modelləri də iki nömrəli olacaq. Lakin, telefona bir sim kart daxil olunacaq. Digəri isə elektron nömrədir və zəngin hansı nömrəyə gəlməsi ilə bağlı ekranda bildiriş görünəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00 Sabah 38 dərəcə isti olacaq, külək əsəcək - HAVA PROQNOZU 19 İyun 2019, 12:55 Niyazi Bayramov sakinləri dinləyib 19 İyun 2019, 12:45 Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti yaxşılaşacaq” 19 İyun 2019, 12:45 Komitə sədrləri ölkə başçına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…” 19 İyun 2019, 12:42 Zakir Həsənov çağırış etdi 19 İyun 2019, 12:39 Platini sərbəst buraxıldı 19 İyun 2019, 12:35 “Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib 19 İyun 2019, 12:34 Müəllimlərin yerdəyişməsinin nəticələri AÇIQLANIB 19 İyun 2019, 12:20