Modern.az

İTV-də daha bir departament rəhbəri işdən çıxarıldı  

İTV-də daha bir departament rəhbəri işdən çıxarıldı  

13 Sentyabr 2018, 11:20

İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr ixtisarı baş verib.

Bu barədə İTV-dən Modern.az-a daxil olan məlumatda qeyd edilib.

Bildirilib ki,şirkətin Xəbərlər departamentinin rəhbəri Əliəsgər Vəliyev vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat olmayıb.

Ə.Vəliyev 2002-2005-ci illərdə “Həftə içi” qəzetində müxbir, 2005-2016-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya departamentində redaktor, böyük redaktor, şərhçi vəzifələrində çalışıb. 2016-cı ilin sentyabr ayından 2017-ci ilin iyun ayınadək informasiya departamenti direktorunun müavini olub.

2017-ci il iyunun 1-də İnformasiya departamentinin direktoru vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktor təyin olunandan sonra iş prinsiplərinin səmərəliliyin artırılması adıyla təqribən 120 nəfər peşəkar televiziya mütəxəssisi işdən azad edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi