Modern.az

Avrasiya İttifaqının sənədlərində Qarabağ Ermənistan ərazisi kimi göstərilir – TƏXRİBAT

Avrasiya İttifaqının sənədlərində Qarabağ Ermənistan ərazisi kimi göstərilir – TƏXRİBAT

13 Sentyabr 2018, 13:34

Avrasiya İttifaqının İqtisadi Komissiyasının son 3 il ərzində dərc etdiyi sənədlərdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqları Ermənistan ərazisi kimi göstərilib.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda beynəlxalq təşkilata üzv ölkələrin vəziyyətini əks etdirən sənədlərdə Dağlıq Qarabağ və ətraf rayonların rəsmi Yerevanın ərazisi kimi təsvir olunduğunu görmək mümkündür.

 

“Avrasiya İqtisadi İttifaqına üzv ölkələr haqda ümumi informasiya” adlanan sənədin 2016, 2017 və 2018-ci illərdə çap edilmiş nüsxələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər