Arxiv
14 Sentyabr 2018, 12:01 | AKTUAL
Xəzər dənizinin əsas çirklənmə mənbələri – RƏSMİ

“Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır”.

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologia və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

 

F.Mütəllimov qeyd edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri həyata keçirilir:

 

"Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar".

 

ETSN rəsmisi əlavə edib ki, vətəndaşlardan xahiş olunur ki, ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda 24 saat ərzində fəaliyyət göstərən Nazirliyin 168 nömrəli “Qaynar xətt” xidmətinə məlumat versinlər.

 

O qeyd edib ki, ETSN və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib.

 

Onun sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib. Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub.

 

F.Mütəllimov əlavə edib ki, nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər:

 

"Sevindirici haldir ki, keçirilən reydlərin nəticəsi olaraq artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib. Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir".

 

Nazirlik rəsmisi bildirib ki, ETSN tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib: "Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43