Modern.az

İlham Əliyev Ərdoğana başsağlığı verib, Putini təbrik edib

İlham Əliyev Ərdoğana başsağlığı verib, Putini təbrik edib

Təhsil

7 Oktyabr 2011, 18:00

Prezident İlham Əliyev Türkiyənin Baş naziri  Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğanın vəfatıyla bağlı başsağlığı verib. Başsağlığlında Azərbaycanın dövlət başçısı Tənzilə Ərdoğanın vəfatı xəbərindən olduqca kədərləndiyini, bu ağır itki ilə əlaqədar Ərdoğanın dərdinə şərik çıxdığını bildirib.

Rusiyanən Baş naziri Vladimir Putinlə telefona əlaqəsi yaradan İlham Əliyev onu isə ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. 
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə  minnətdarlığını bildirib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə