Arxiv
14 Sentyabr 2018, 21:50 | DÜNYA
İran Xəzərin statusuna dair Konvensiyanı təsdiqləməyə bilər

“ABŞ və onun müttəfiqləri Xəzərin hüquqi statusuna dair danışıqların gedişinə dəfələrlə təsir etməyə çalışıblar”. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant” qəzetinə müsahibəsində 12 avqustda Qazaxıstanın Aktau şəhərində sahilyanı dövlət başçıları tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya ilə bağlı Yelena Çernenkonun suallarını cavablandırarkən deyib.

Bildirib ki, regiondan kənar oyunçuların pozucu cəhdləri danışıqların aparıldığı son 20 il ərzində, hətta Konvensiyanın imzalandığı anadək davam edib.

 

“Regiondan, hətta Avrasiya materikindən xeyli uzaqda olan ölkələr, o cümlədən ABŞ Xəzər dənizindəki maraqlarını reallaşdırmaq istəyib. Lakin qarşılıqlı razılaşma üzrə sahilyanı dövlətlər danışıqları məxfi rejimdə aparıblar və bilərəkdən bir-birimizin mövqeyini KİV-də şərh etməkdən qaçmışıq. Nəticədə gördük ki, bu cür təcrübə özünü doğrultdu. Açığı desəm, düşünmürəm ki, indi həmin məxfi müzakirələrin bütün detallarını açmaq lazımdır. Əsas odur ki, biz “Xəzər tənliyini” ortaq məxrəcə çıxara bildik”,- deyə Bratçikov vurğulayıb.

 

Onun sözlərinə görə, Konvensiyada xüsusilə qeyd olunub ki, Xəzər dənizində regiondan kənar güclərin silahlı qüvvələrinin iştirakına icazə verilməyəcək. Yalnız 5 sahilyanı dövlət – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan Xəzərdə təhlükəsizliyin qorunmasına və dənizin resurslarından istifadəyə cavabdehdir. Bu mənada, Bratçikov ümid edib ki, tərəflər bu cür vacib müddəaların yer aldığı Konvensiyanın ratifikasiyasını gecikdirməyəcəklər.

 

“Zənnimcə, heç kəs ratifikasiya prosesini süni şəkildə uzatmayacaq. Konvensiya balanslı və bərabərhüquqlu sənəddir. O, bütün sahilyanı ölkələrin milli maraqlarını tam şəkildə nəzərə alır. Konvensiyanın tezliklə qüvvəyə minməsi bütün tərəflərin tələblərinə cavab verir”, – deyə rusiyalı diplomat bildirib.

 

Lakin Bratçikov, ayrı-ayrı Xəzəryanı ölkələrdə keçiriləcək seçkilərin Konvensiyanın ratifikasiya proseduruna birbaşa təsir edə biləcəyini də istisna etməyib. Xüsusən də, İranda bəzi siyasi qüvvələrin Konvensiyanın qəbuluna etiraz etməsinə diqqət çəkən Bratçikov Xəzərin hüquqi statusuna dair Konvensiyanın seçki mübarizələrinin əsiri olmayacağına ümid edib.

 

Bratçikov onu da vurğulayıb ki, Rusiyanın dənizin dibi ilə hansısa transxəzər boru kəmərləri, yaxud magistral kəmərlər çəkmək planı yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43