Modern.az

Azərbaycan nefti  ucuzlaşıb

Azərbaycan nefti  ucuzlaşıb

14 Sentyabr 2018, 23:28

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 79,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,81 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 78,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,81 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 13-də 76,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,62 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 13-də 77,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?