Modern.az

Şəki sakini özünü bıçaqladı

Şəki sakini özünü bıçaqladı

15 Sentyabr 2018, 00:57

Şəki şəhərində yerli sakin özünə bıçaqla xəsarət yetirib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisəni axşam saatlarında yaşadığı evdə 1982-ci il təvəllüdlü yerli sakin Cəlilov Bəxtiyar Vaqif oğlu törədib.

 

O, ayağından aldığı bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, ilkin tibbi müayinədən sonra xəstəxanada qalmaqdan imtina edərək oradan çıxıb. B.Cəlilovun bunu hansı səbəbdən etdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı