Arxiv
15 Sentyabr 2018, 15:08 | AKTUAL
Rektor Nardaran məktəblilərinə mühazirə oxudu

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev 15 sentyabr  Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

 

Yeni dərs ilinin başlanması, həmçinin Prezident cənab İlham Əliyevin Nardaran qəsəbə sakinlərinin istifadəsinə verdiyi yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edən akademik Kamal Abdulla onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli Liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub.

 

Rektor qeyd edib ki, Ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib.

 

Bu xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. Bu səbəbdən müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında Ulu öndərin rolunun əvəzsiz olduğunu görərik. Ulu Öndər Azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik əsaslarını yaradaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, yad təsirlərdən qorumuşdur.

 

K.Abdullayev bildirib ki, Ümumilli liderin bu sözləri bizlər üçün bir çıraq olmalıdır: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Azərbaycan dilinə Şah İsmayıl mövqeyindən yanaşaraq bu dilin dövlət dili səviyyəsinə yüksəldilməsi, ədəbiyyatımızın və mədəniyyətimizin korifeylərinə və hazırki nümayəndələrinə daima həssaslıqla yanaşılması, onları daima xalqın gözləri özündə tutması – yubileylərin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi və s., maddi və mənəvi mədəniyyət abidələrimizə dövlət qayğısı, dövlətçilik tariximizə, xüsusən Xalq Cümhuriyyəti tariximizə ehtiram və Azərbaycanın AXC varisi elan olunması, dövlət rəmzlərimizə sonsuz sayğı, əlamətdar günlərdə daima xalqın yanında olması Ulu öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması məsələsində ortaya qoyduğu prinsipial mövqelərdir. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və şərəflə davam etdirilir. Azərbaycan xalqı da bu varisliyi ehtiramla dəyərəndirir.

 

Mühazirənin sonunda akademik Kamal Abdullayev məktəbə Azərbaycan Dillər Universitetinin hədiyyələrini və müxtəlif kitablar təqdim etdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada ağır qəza: iki nəfər öldü 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00