Arxiv
16 Sentyabr 2018, 15:58 | ƏDƏBİYYAT
Turan sevdalı komandan

Prof. Ramazan SİRACOĞLU


Onun haqqında həm sağlığında, həm də şəhidlik zirvəsinə yüksələndən sonra da çox yazıldı, danışıldı, müzakirələr aparıldı. Kimisinə görə cəsur hərbçi, şanlı komandan, kimilərinə görə isə, xəyalpərəst, səbatsız, macəra ardından qaçan generaldır. Dünyaya gəlişi də, yaşamı da çox keşməkeşli dövrə təsadüf etdi. Bir zamanlar Avropanı titrədən qüdrətli Osmanlı imperatorluğunun çöküşü dönəmində, I Dünya müharibəsi zamanında 33 yaşınaykən Hərbiyyə nazirliyinə başçılıq etdi, 1839-1861-ci illərdə Osmanlı dövlətinin hökmdarı olmuş Sultan Əbdülməcidin nəvəsi ilə evləndiyi üçün xalq arasında “Damad-i Şəhriyar” kimi tanınan  bu fövqəladə şəxsiyyətdən ( 1881- 1922) ilahi qüdrət heç nə əsirgəməmişdi. 41 illik ömründə taleyinin ona nəsib etdiyi bütün şirin və acıları daddı: hürriyyət qəhrəmanı, Bab-i Ali basqınçısı, II Məşrutiyyət memarı,  Trakiya və  Edirnə fatehi; uğursuz Sarıqamış əməliyyatının baiskarı, avropalıların fikrinə görə, sözdə erməni təhcirinin ( deportasiyasının) suçlusu, I Dünya müharibəsinin məğlub sərləşkəri, rütbələri alınmış əsgər, hərbi tribunalın ölüm cəzası verdiyi məhkum, mühacir, bolşevizmə qarşı mücahid və şəhid.


Bütün bu titullar heç zaman unudulmayacaq, doğrusuyla yanlışıyla, günahıyla savabıyla  türk düşüncə tarixində əbədiyyən yaşayacaq İsmail Ənvər Paşaya aiddir. O Ənvər Paşaya ki, 1918-ci ilin yayında qardaış Nuri Paşanı V Qafqaz İslam Ordusuna başçı təyin edərək nəyin bahasına olursa-olsun  Azərbaycanı, onun paytaxtını düşmənlərdən azad etməyi əmr etmişdi. Qardaşı Nuri Paşa da qəhrəman bir əsgər bacarığı ilə  KOMANDAN Ənvər Paşanın döyüş əmrini uğurla yərinə yetirmişdi. 15 Sentyabr 1918-ci il sabahı Nuri Paşanın cəsur əsgərləri Bakıya daxil olanda KOMANDAN qardaşından təbrik teleqram almışdı: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden, öper, şehitlerimize fatihalar ithaf ederim! 15. 09. 1918 – ENVER PAŞA”.


4 avqust 1922-ci ildə Qurban bayramının ikinci günündə səhər vaxtı Tacikistanın Belcivan vilayətinin Çağan qışlağında bolşevik əsgərləri ilə girdiyi qeyri-bərabər döyüşdə şəhid olan Ənvər Paşanın qətlə yetirilməsi barədə  sonralar müxtəlif rəvayətlər uydurulmuşdur. Ən yayğın olan iki rəvayətin müəllifləri Hakop Melkumyan ( bolşeviklər onu Yakov Arkadiyeviç Məlkumov kimi tanıdıblar) və Qriqor Arutyunyandır ( o da NKVD- XDİK- sənədlərində Georgi Sergeyeviç Aqabekov kimi təsbit edilmişdir).


Q. Arutyunyan 1930-cu ildə Berlində rus dilində nəşr olunmuş “ГПУ. Записки чекиста- DSİ. Çekistin qeydlərikitabında, güya Ənvər Paşanı şəxsən özünün təqib edərək əlbəyaxa döyüşdə qılıncla qətlə yetirdiyini və bununla da  milli qisasını aldığını  iddia etmişdir. Yeri gəlmişkən, xatırladaq ki, Q. Arutyunyanı NKVD-nin xüsusi dəstəsi 1937-ci ilin avqust ayında Fransada türk əsilli bir nəfərin yardımı ilə elə zərərsizləşdirmişdi ki, tikəsi də ələ gəlməmişdir. Bu baraədə sovet  QRU-nun əfsanəvi əks-kəşfiyyat generalı P. Sudoplatov yazmışdır. (Bax:  Судоплатов П. А. Спецоперации. Лубянка и Кремль 1930—1950 годы Гл. 2. Ликвидация троцкистов за рубежом   )



Ənvər Paşa haqqında yayğın olan digər şayiənin müəllifi H. Melkumyan öləndən çox sonralar, 1985-ci ildə Kanadada nəşr olunan "L'Horizon" qəzetində bir məlum mənşəli  qəzetçi  həmin Hakopa istinadən bir rəvayət uydurub: güya Hakop təkbaşına Ənvər Paşanı xeyli təqib etdikdən sonra onun həyatına son verib. Qəribədir ki, o da bununla öz milli borcunu ödədiyini deyibmiş. Hakop lovğalıqla  bildiribmiş ki, “rəhbərlik mənə onu diri tutmağı əmr eləsə də mən  qəsdən bunu  yerinə yetirməkdən vaz keçdim; şəxsi əşyalarını da  sübut kimi özümlə götürdüm”. Guya belə edərkən Hakop Melkumyan o zamanlar Türküstan cəbhəsindəki qoşunun başçısı Q. Voskanyana güvənirmiş. Araşdırmalar isə göstərir ki, nəinki 1922-ci ildə, ümumiyyətlə, heç vaxt Türküstan cəbhəsində Voskanyan adlı qoşun başçısı olmayıb. Daha sonra, Ənvər Paşaya aid olan bəzi əşyalar, Hakopun iddia ettiyi kimi, onun tərəfindən 4 avqust 1922-ci ildə ələ keçirilməmişdir; həmin əşyalar 1922-ci ilin iyun ayında Ənvər paşa Kofrun qışlağını tərk edərkən orada unudulmuşdur.


Yeri gəlmişkən, şəhadətindən 96 il sonra Moskvada Rusiya Silahlı Qüvvələri Mərkəzi muzeyində Ənvər Paşaya aid olan çəkmələrin sərgiləndiyi vitrində də belə yazılıb.

 


Ənvər Paşanın 1920-1922-ci illərdə Orta Asiyada istifadə etdiyi möhür: Möhürdə “Damad-i xəlifət-ul- muslimin, Əmir-i ləşkər Səyyid Ənvər- 1340 ( 1921 )” yazılıb.

 

Bolşeviklər 4 avqust 1922-ci ildə həlak olanların hansının  Ənvər Paşa olduğunu bilməmişlər. 15 avqust 1922-ci ildə Çağan qışlağına gələn bolşeviklər yərli sakinlərdən olan və Ənvər Paşanı üzdən yaxşı tanıyan Feyzulla Xocayevdən  məzardan çıxarılmış bir  nəşin kim olduğunu söyləməsini tələb etmişlər. Bolşeviklərin iddiasına görə həlak olmuş şəxsin cibindən türk, fars, alman və özbək dillərində yazılmış kağızlar aşkar edilmişdir. Feyzulla Xocayəv nəşin Ənvər Paşa olmadığını söyləmişdir. ( Bax: РГВА, ф.110,оп.3, д.1104, л.61) Bolşeviklər getdikdən sonra gecə ikən Osman əfəndi, Buri Bataş adlı mücahid və Qarşı qışlaqdan  adını müəyyənləşdirə bilmədiyimiz bir qeyrətli kişi gizli şəkildə Ənvər Paşanın və ona silahdaşlıq etmiş Dövlətməndin   nəşlərini güvənilir bir yerdə dəfn etmişlər. ( Bax: Olaf Caroe. Soviet Empire, the Turks of Central Asia and Stalinism. London, 1953,125)

Qırmızı ordunun generalı V. İ. Uranovun iddiasına görə, Ənvər Paşanı Türküstan cəbhəsinə daxil olan 16-cı süvari alayının eskadron komandiri İvan Savkonun əsgərləri qətlə yetirmişlər ( Bax: “Ленинец” qəzeti, №152 (5821) 19.09.1967). Sovet rəsmi qaynaqlarında isə iddia olunur ki, Ənvər Paşanı  8-ci Başqırd süvari briqadasının 16-ci alayına mənsub M. Nikitinin komandir olduğu   3-cü eskadronun döyüşçüləri şəhid etmişlər ( Bax: Дело 123469. c.18 )

Ənvər Paşanı gizli yerdə dəfn etmiş Osman əfəndi və iki yoldaşı Qurani-Kərimə and içərək şərtlər nə olursa-olsun münasib vaxt yetişməyənədək onun məzarının yərini heç kimə söyləməyəcəklərinə and içmişlər. Göründüyü kimi, bədxahların iddia etdiklərinin əksinə, Ənvər Paşanın nəşinin təhqir olunması o üç qeyrətli kişinin sayəsində baş verməmişdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl 1995-ci ilin sentyabrında Tacikistanı ziyarət edəndə Türkiyə ilə Tacikistan arasında əldə edilmiş razılığa əsasən, səlahiyyətli mütəxəssislərdən ibarət mötəbər komissiya yaradılır və müəyyən axtarışlardan sonra Ənvər Paşanın məzarı aşkar edilir. Komissiya 30 iyul 1996-cı ildə Tacikistanın Xatlon vilayəti Xovalin rayonun Çağan kəndində yerləşən təpəlikdəki məzarı açır. 

 
Türkiyəli mötəbər axtarış qrupu tam hazırlıqlı idi. Onlar İstanbuldan və Berlindən Ənvər Paşanın tibbi kartotekasını da gətirmişdilər. Berlində stomatoloji poliklinikadan alınmış tibbi arayışa görə, Ənvər Paşanın alt çənəsinə platin dişlər qoyulmuşdu. Eksqumasiya nəticəsində platin dişlər aşkar edildiyində komissiya üzvləri rahat nəfəs aldılar: Nəşin Ənvər Paşaya aid olmasına şübhə yox idi. Türkiyəli mütəxəssisləri qəhər boğmuşdu…

3 avqust 1996-cı ildə Türkiyədən gəlmiş 8 səlahiyyətli mütəxəssis Ənvər Paşanın nəşi ilə bərabər İstanbula uçdu. Həhayət, Ənvər Paşa 78 illik ayrılıqdan sonra ( 1918-1996 ) ərsəyə yetdiyi doğma məmləkətinə  qayıtdı. Ertəsi gün, 4 avqust 1996-cı ildə Şişli camisində qılınan cənazə namazından  sonra böyük ehtiram və izdihamlı törənlə İstanbuldakı Abide-i Hürriyet məzarlığında dəfn olundu.

Bəzi qərəzli Avropa tarixçiləri, Ənvər Paşaya qara yaxsalar da, onlara yandaşlıq edən bəzi üzdəniraqlar Ənvər Paşanı gözdən salmağa çalışsalar da , muzdlu publisitlər onu saxta irqçilikdə ittiham etsələr də Ənvər Paşa türk dünyasının əbədiyyət kahkəşanında daim parlayacaqdır.

Yaxın, Uzaq Doğunu Turan elləri sandı

Turançılıq yolunda nə yoruldu, usandı.

Parlaq komandan idi. Turan uğruna yandı,

Qızıl alma yolunun yolçusu Ənvər Paşa.

Türkün Haq dərgahında elçisi Ənvər Paşa.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03