Arxiv
17 Sentyabr 2018, 09:36 | MƏDƏNİYYƏT
Tanınmışlar qanverməyə qoşulacaq? - Aqil Abbas: “Azərbaycanda ilk qanverməni mən təşkil etmişəm”

Bu il Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) məhərrəmliklə bağlı verdiyi fətvada bəyan edib ki, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. 

QMİ-nin çağırışına müvafiq olaraq artıq indidən qanvermə aksiyalarına start verilib.

Keçirilən bu aksiyalar həm xurafatçığın qarşısının alınması, həm də qan azlığından əziyyət çəkənlərə yardım olunması baxımından çox önəmlidir.

Bəs tanınmışlar QMİ-nin çağırışı ilə gerçəkləşən qanvermə aksiyasında iştirak edəcəklərmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, Azərbaycanda ilk qanvermə aksiyasını 1991-ci ildə məhz özü təşkil edib.


“O zaman bu aksiyanı keçirməyimizdə əsas məqsəd cəbhədə döyüşən əsgərlərə qan vermək idi. Onda rəhbərlik etdiyim “Ədalət” qəzetinin redaksiyasında olan 45 nəfər qanvermə aksiyasında iştirak etmişdi. Daha sonra bütün Azərbaycan qanvermə aksiyasına qoşuldu. Hətta mənə dedilər ki, qan verənlərin sayı çoxdur, çatdırmaq mümkün deyil”.

Deputat  Qafqaz Müsəlmanlar İdarəsinin qanvermə aksiyası ilə bağlı çağırışlarını dəstəkləyir:

“Bu çox təqdirəlayiq bir addımdır. Qanvermə aksiyasında iştirak etmək vacibdir. Mən bəzən sosial şəbəkələrdə oxuyuram ki, kiməsə qan lazımdır, mən buna əsəbləşirəm, ölkənin Qan Bankı var, qan çatdıra bilmirlər?.. “Ədalət” qəzətinin redaksiyasında kimin səhhəti imkan verirsə, qan verir. Mən də çalışacam ki, qanvermə aksiyasında iştirak edim”.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, qanvermə aksiyası çox xeyirxah təşəbbüsdür:

“Mənim sədri olduğum  Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı ildə iki dəfə qanvermə aksiyası keçirir. Biz artıq bu aksiyasını 10 ilə yaxındır keçiririk. Qanköçürmə İnstitutu da bizim Nəsimi rayon ərazisindədir. Bizim YAP-ın Nəsmi rayon təşkilatı hər il aprel ayında böyük alim, Azərbaycan xalqının sevimli övladı , keçmiş SSRİ-də böyük uğurlar qazanmış akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirir. Bu artıq bizdə ənənədir. 100-lərlə insan, könüllü, YAP-ın üvləri bu aksiyada iştirak edir. Dediyim kimi, bu aksiyanı ildə iki dəfə keçiririk, biri aperldə, digəri isə ulu öndər Heydər Əliyevin anım günündə, dekabrda. Ona görə görə qanvermə aksiyası çox nəcib aksiyadır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bəzi xəstəliklər var ki, onların müalicəsində qana çox böyük ehtiyac var. Bununla da bizim YAP könüllüləri belə bir humanist aksiyalarda məmuniyətlə iştirak edir”.

 

Müğənni Elza Seyidcan da bildirib ki, Qafqaz Müsəlmanlar idarəsinin təşkil etdiyi qanvermə aksiyası alqışalayiqdir.

“Mən bəzən kiminsə qana ehtiyacının olması ilə bağlı elan görürəm, əgər qan qrupum uyğundursa, həmin adamla əlaqə saxlayıram və gedib qan verirəm. Əlimizdən gəlirsə, kömək etməliyik. Talassemiya xəstəliklərindən əziyyət çəkən çoxları var ki, onlara qan lazımdır. Qafqaz Müsəlmanlar İdarəsinin keçirəcəyi qanvermə aksiyasında da iştirak etməyə çalışacam”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, hələlik qanvermə aksiyasında iştirakla bağlı qərar verməyiblər:

“Bizim təcrübəmizdə belə bir şey olmayıb. Bununla bağlı düşünəcəyik, əgər uyğun olarsa qanvermə aksiyasında iştirak edəcəyik”.

 

Prezidentliyə keçmiş namizəd Razi Nurullayev bildirib ki, o, 5 il əvvələ qədər qanvermə aksiyalarında iştirak edib:

“Amma son 5 ildir ki, sağlamlıq problemlərinə görə iştirak edə bilmirəm. Rəhbərlik etdiyim partiyanın üzvləri yalnız Qafqaz Müsəlmanlar İdarəsinin təşkil etdiyi qanvermə askiyasında deyil, öz partiyamızın da təşkil etdiyi qanvermə aksiyasında iştirak edirlər. Qanvermə askiyası kiminsə həyatını xilas etmək, kiməsə həyat verməkdir. Ona görə də bu cür aksiyalarda iştirak etmək vacibdir. Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən təşkil edilən bu aksiya çox təqdirəlayiqdir. Hesab edirəm ki, Məhərrəmlik ayında bədənindən qan çıxarmaq istəyənlər bunu özlərinə zəncir vuraraq deyil, qan verərək etməlidirlər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55