Arxiv
17 Sentyabr 2018, 10:36 | PARLAMENT
Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilər - Deputatdan maraqlı TƏKLİF  

Dünyanın bir neçə ölkəsi var ki, orada iki vətəndaşlığa icazə verilir. Azərbaycanda isə hazırda ikili vətəndaşlığın olması qanunla qadağandır.

Bəs Azərbaycanda yaxın zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi?

Nə üçün buna icazə verilmir?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir:

“Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yararlanmalıdır. Bu, mənim şəxsi fikrimdir. Misal üçün, biz Rusiyada yaşayan azərbaycanlıları nəyə görə ya Azərbaycanı, ya da Rusiyanı seçməsi üçün dilemma qarşısında qoymalıyıq? Bu gün Rusiyada, ABŞ-da və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamlarımız var. Onlar nə üçün Azərbaycan vətəndaşı ola bilməsin? Düşünürəm ki, ikili vətəndaşlığa pis baxılması keçmiş SSRİ dövründən qalan haldır. Bilirsiniz ki, Sovet İttifaqı dövründə ikili vətəndaşlıqdan söhbət gedə bilməzdi. Həmin dövrdə ikili vətəndaşlıq məsələsi mütləq siyasətlə əlaqələndirilirdi. Ancaq bu gün vəziyyət tamam fərqlidir. Bu gün dünyada nəinki iqtisadiyyat, hətta idman da siyasətlə əlaqəlidir. Ona görə biz də qlobal dünyanın tələblərinə uyğun addımlar atmalıyıq. Ən azı çalışmalıyıq ki, Azərbaycan da ikili vətəndaşlığın imkanlarından yararlana bilsin. Daha xaricdə yaşayan soydaşlarımızı dilemma qarşısında qoymaq lazım deyil. Bu cür addımlar Azərbaycan vətəndaşlarının itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu da indiki vəziyyətdə Azərbaycanın mənafelərinə uyğun deyil”.

 

R.Cəbrayılov ikili vətəndaşlığın Azərbaycan üçün müəyyən fəsadlarının da ola biləcəyini qeyd edib:

“Məsələn, təxminən Gürcüstanda yaşayan yarım milyona qədər əslən azərbaycanlı, lakin Gürcüstan vətəndaşı olanlar kütləvi şəkildə oranın vətəndaşlığından imtina etməsi və ölkəmizin vətəndaşlığını qəbul etməsi halları ola bilər. Bu da nəticədə Gürcüstandakı bizim dədə-baba torpaqlarının sonda boşalmasına gətirib çıxara bilər. Buna imkan vermək olmaz. Bildiyimiz kimi, Gürcüstan vətəndaşı olan əslən azərbaycanlıların ölkəmizə gəlib-getməsində müəyyən çətinliklər olur . Onlar çətinlik çəkməsinlər deyə,  qanunvericilikdə bu halı yumşaltmaq olar. Yəni, bu halı əslən azərbaycanlı olan başqa ölkə vətəndaşlarına şamil etməmək olar. Hesab edirəm ki, bu cür hallarla ikili vətəndaşlığa icazə vermək olar. Hazırda isə qanunvericilikdə ikili vətəndaşlığa yol verilmir. Əgər buna yol verilsəydi Gürcüstanda yaşayan azərbaycanlılar ikili vətəndaşlıq ala bilərdi. Onların ölkəmizə gəlib-getməsində də çətinliklər olmazdı. Bildiyimiz kimi, hər hansı bir ölkənin vətəndaşlığını qəbul edən şəxs 3 ay müddətində hakimiyyət orqanlarına məlumat verməlidir. Əgər  belə etməsə bu cinayət məsuliyyəti yaradır”.

 


Deputat deyib ki, ikili vətəndaşlığa icazə verilsə, o zaman ayrı-ayrı xarici ölkələrdə yaşayan və Azərbaycana bağlı olan insanlar bu imkandan yararlana biləcək:

 “Əks halda Azərbaycana bağlı və ya azərbaycanlı olan insanları dilemma qarşısında qoymuş oluruq. Yəni, biz həmin insanları ya Azərbaycan, ya da digər ölkənin vətəndaşı olmağa məcbur edirik. Yaxşı olardı ki, həmin insanlar yaşadıqları ölkələrin vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı olsunlar. Bunun üçün də mütləq Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir neçə il öncə Azərbaycan qanunvericiliyinə əlavə və dəyişikliklər olunub. Hətta biz Cinayət Məcəlləsinə də əlavələr etmişik. Bütün bunlar olsa da, ancaq Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa imkan vermir”.

 

R.Cəbrayılov qeyd edib ki, ikili vətəndaşlığı qadağan edən analoji qanun bu gün çox az ölkələrdə qalır:

“Bunlardan biri də Rusiyadır. Amma təcrübə də göstərir ki, qanunvericiliklə ikili vətəndaşlığa icazə verən ölkələr bu imkanlardan daha çox bəhrələnirlər. Bundan həmin ölkələr daha çox qazanır. Hesab edirəm ki, Azərbaycanda da buna imkan yaradılsa, ölkəmizə fayda verəcək”.

 

Deputat onu da vurğulayıb ki, iki vətəndaşlıq məsələsi ilə bağlı beynəlxalq konvensiyaya ehtiyac var.

“Çünki dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi vaxtda dünya ölkələrinin vətəndaşlıq haqqında qanunlarının bir-birinə uzlaşdırılması çox vacib məsələyə çevrilib. Bu gün dünyada elə ölkələr var ki, bir neçə vətəndaşlığa, elə ölkələr də var ki, Azərbaycan kimi yalnız tək vətəndaşlığa icazə verir. Bütün bunlara görə də bir çox ölkələrin vətəndaşlıq haqqında qanunları arasında toqquşma yaranır. Bir çox beynəlxalq konvensiyalar zaman-zaman tənzimləndiyi üçün hesab edirəm ki, bu sahədə də tənzimlənmələrə ehtiyac var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30