Arxiv
17 Sentyabr 2018, 11:38 | ÖLKƏ
Ordunun döyüş vəziyyətinə gətirilməsi İlham Əliyevin Paşinyana əməli cavabıdır...    

Azərbaycan ordusunun növbəti genişmiqyaslı təlimlərinin əsas məqsədi işğal olunmuş torpaqlarımızda yerləşən işğalçıların müdafiə sistemlərini yarmaqdır.

 

Bunu Modern.az saytına açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin əhəmiyyətini şərh edərkən deyib.  

 

Şair Ramaldanov bildirib ki, hazırda həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-peşəkar mövqeyinə əməli cavabıdır.

 

“Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə seçilən rəhbərliyi - münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymadı.

 

Artilleriya və aviasiya sistemləri vasitəsilə düşmənin müdafiə mexanizmi məhv edilməlidir. Əsas məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüymüzün bərpasıdır. Sözügedən hərbi təlimlər konkret olaraq, Azərbaycana təcavüz edən qüvvələrə qarşı yönəlib. Təlimlərdə şərti düşmən deyil, real düşmən kimi ərazilərimizdə müdafiə olunan erməni silahlılarının darmadağın edilməsi nəzərdə tutulub”-deyə Şair Ramaldanov qeyd edib.

 

Təlimlər ərzində müəyyən olunmuş ciddi tapşırıqların mərhələli şəkildə yerinə yetiriləcəyini diqqətə çatdıran Ş. Ramaldanovun sözlərinə görə, əməliyyatlara 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib:

 

“Bu təlimlərin həyata keçirilməsindən həm beynəlxalq qurumlar, həm də erməni rəhbərliyi narahatlıq keçirir. Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Azərbaycan isə bu hərbi təlimlərlə sübut edir ki, daha susmaq, gözləmək iqtidarında deyil. Əvvəllər keçirilən hərbi təlimlərimizdən fərqli olaraq, bugünkü əməliyyatlar konkretliyi, döyüşə daha yaxınlığı ilə seçilir. Silahlı qüvvələrimizin bu cür ciddi təlimlərin icrasına professionallığı yetərlidir. Beləliklə, istər beynəlxalq təşkilatlar, istərsə də, regional qurumlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə ciddi addımlar atdığına, Silhalı Qüvvələrimizin nəyə qadir olduğuna bir daha əmin oldu”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən - sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

 

Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. 

 

Aysel ASLAN 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48