Modern.az

Musa Qasımlı: “Qəbul edilən qanunun dəqiq icra mexanizmi olmalıdır”

Musa Qasımlı: “Qəbul edilən qanunun dəqiq icra mexanizmi olmalıdır”

Müsahibə

10 Oktyabr 2011, 13:42

Modern.az birinci dəfə deputat seçilmiş şəxslərin qanunvericilik prosesində iştirakını, bu prosesdə nəyə üstünlük verdiklərini öyrənmək üçün onlara konkret suallarla müraciət edir. Qeyd edək ki, deputatlar Elxan Süleymanov, Ceyhun Osmanlı, Sevinc Fətəliyeva, Etibar Hüseynov və Kamilə Əliyevanın fikirləri artıq saytımız vasitəsilə oxuculara təqdim olunub. Budəfəki müsahibimiz 42 saylı Sumqayıt seçki dairəsinin deputatı, ixtisasca tarixçi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlıdır.

- Musa müəllim, fikrinizcə, Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir?

- Hər bir cəmiyyət inkişaf etdikcə, o inkişafa mane olan amillər həm idarəçilər, həm də cəmiyyət tərəfindən görülür. İslahat tədrici inkişaf yoludur. İslahatlar yolu ümumiyyətlə, inqilabları inkar edir və bu tamamilə doğru yoldur, çünki cəmiyyət islahlatlarla, islahat yolu ilə, təkamül yoli ilə inkişaf etməlidir. Hər bir cəmiyyət inkişaf etdikcə, onun inkişafına mane olan obyektiv və subyektiv amillər üzə çıxır. Heç bir cəmiyyət daim yerində donmuş halda qalmır. İnkişafa mane olan ünsürlərin aradan qaldırılması islahat prosesində olar.
Cəmiyyətdə inkişafa mane olan belə amilləri adətən daha çox iki qütbdən görürlər. Yuxarıdan idarəçilər daha yaxşı görürlər, ikinci aşağıdan sosial tələbat bunu göstərər. Təbiidir ki, bu günki Azərbaycan nəinki 5-10 il, hətta bir il qabaqkı Azərbaycan deyil. Azərbaycan islahatlar yolu ilə gedir. Çünki dünyada gedən proseslərə uyğunlaşmaqdan ötrü ondan geri qala bilmərik.
Azərbaycan iqtisdadi sahədə əlaqələrini genişləndirir, deməli, dünya bazarında yer tutmaqdan ötrü səmərəli iqtisadi islahatlar aparılmalıdır və iqtisadi inkişafa mane olan o amillər aradan qaldırmalıdır. Bu islahatların daha çox hüquqi bazası yaradılamalıdır. Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələrinin daha səmərəli qurulmasından ötrü bu, cox vacibdir. Bundan sonra heç şübhəsiz dövlətimiz sosial yönümlü siyasət həyat keçirir. Hesab edirəm ki, sosial sahədə islahatların dərinləşdirilməsinə ehtiyac var.
Dövlətimiz güclü olduqca, gücləndikcə inzibatı metodlardan tədricən liberal dəyərlərə keçilməsində fayda olacaq. Xüsusən ölkə daxilində azad bazar iqtisadiyyatının formalaşdırılması və digər məsələlərdə...
Bu, zamanın tələbidir. İslahatlarımız təhsil və səhiyyə sahəsində aparılmalıdır. Biz çoğrafiyamıza görə, çox əlverişli strateji mövqedə yerləşmişik, müsəlman Şərqi ölkələri üçün kadrların hazırlanmasında müstəsna rol oynaya bilərik, ona görə bizim təhsilimiz müasir dünya təhsilinə daha çox yaxınlaşmalıdır. Bu sahədə geriliyə səbəb olan əngəllər aradan qaldırlmalıdır. Bu əngəllər aradan qaldırılanda cəmiyyət onu yaxşı qarşılayacaq. Biz xaricdən, xüsusilə müsəlman Şərqi ölkələrindən tələbələri Azərbaycana cəlb edə biləriksə, bu, Azərbvaycan büdcəsinin artmasına gətirib çıxaracaq. Həmin şəxslər gələcəkdə Azərbaycanın elçiləri ola bilərlər, Azərbaycan haqqında obyektiv məlumatın yayılmasına kömək edə bilərlər. Digər bir məsələ səhiyyəmizdə islahatların aprılmasıdır.
Səhiyyə ilə bağlı olan islahatlar nədir?
Siz bilirsiniz ki, son illərdə cənab Prezident qara qızılı insan kapitalına  çevirmək məsələsini irəli sürüb. Çox doğru olaraq bildirib ki, hansı xalq, ölkə inkişaf etmək istəyirsə, təhsilə diqqət yetirilməlidir. Mənə elə gəlir ki, bu istiqamət üzrə xarici ölkələrdən tibb sahəsi üzrə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmasına üstün yer verilməlidir. Bu, bizim səhiyyəmizin inkişafına kömək edə bilər. Bir anlıq fikirləşək ki, ətrafımızda olan qonşu ölkələrdən Azərbaycana gəlirlər və bunun da bizim ölkəmizə həm maddi, həm də mənəvi cəhətdən köməyi ola bilər. Fikrimcə, bizdə diqqət yetirlməli məsələrdən biri qanunların işləməsinin dəqiq mexanizminin tapılmasıdır, mütləq bu olmalıdır, yəni qəbul edilən hər hansı qanunun yerlərdə dəqiq icra mexanizmi olmalıdır, bu idarəçilikdən ötrü vacibdir və nəhayət, mən hesab edirəm ki, bu bəlkə islahatlarla bağlı deyil, amma dövlət idarəçiliyi sahəsində əhəmiyyətli məqamdır, mütləq dil protokol qaydalarının gözlənilməsi vacibdir. Dövlət müstəqilliyindən sonra bizim dövlət protokolu min illiklər tarixi olan dövlətlərin rəsmi dövlət protokolu səviyyəsinə gəlib çatdı. Bu çox müsbət haldır, amma bu protokol subardinasiyası fikrimcə yerlərdə də çox ciddi şəkildə tətbiq edilməlidir.

- Siz Milli Məclisin üzvü kimi daha cox nəyə diqqət verirsiniz: qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

- Millim Məclisin deputatı kimi mənim fəaliyyət istiqmətlərimdən biri qanunvericilik fəliyyətidir, bu və ya digər qanunlar ətrafında müzakirələrdə çıxış etmək və öz təkliflərini bildirməkdir. İkinci seçicilərlə işdir, həm fərdi işdir, həm də keçirilən tədbirlərdə iştirakdır. Mən bunları bir-birindən qətiyyən ayırmıram.

- Sizin ücün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclaslarda iştirak etmək?

- Mən hesab edirəm ki, hər ikisi əhəmiyyətlidir. Komitələrdə söz deməyə daha çox imklanlar olur, orada bir az da reqlament cəhətdən məhdudiyyət yoxdur. Amma Milli Məclisdə komitədə deyilən bəzi sözlər, artıq fikirlər söylənilmir, ümumiləşdirlmiş halda söylənilir. Hesab edirəm ki, hər ikisində fəaliyyət göstərmək maraqlı və əhəmiyyətlidir.

- Bəs, vətəndaşlarla işdə ən vacib məsələ nədir?

- Təcrübəm çox uzun zamanı əhatə etməsə də, öz təcrübəmdən söyləyə bilərəm: seciçilərimin əksrəyyəti demək olar ki, mənim mobil telefonumun nömrəsini bilir, onlar zəng edirlər. Mən adətən razı olmuram onlar Milli Məclisin binasına gəlsinlər, özüm hər bazar, yaxud da şənbə günü Sumqayıta - 42-ci dairəyə seçicilərimlə görüşə gedirəm. Onlarla biz bəzən həyətdə, ağac altında və ya xeyir-şər məclisləri üçün ayrılan binalarda otururuq, orada söhbətlər edirik. Seçicilər müxtəlif problemlər qaldırarlar. Onlar sosial xarakterli, işlə bağlı, övladlarının problemləri ilə bağlı məsələləri qaldırılar və imkanlarım varsa, mən seçicilərimə yardım etməyə çalışıram. Amma ən başlıcası odur ki, onların heç birinin zəngini, müraciətini cavabsız qoymuram. Yerindəcə onlara reaksiya verilir, eyni zamanda bu sahədə mənim köməkçim də yaxşı fəaliyyət göstərir.

- Necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?

- İctimai dinləmələr məsələsinin fəlsəfəsinə getmək lazımdır, nə zaman ictimai dinləmələr dünya parlamentlərinin praktikasında olur, hamısı zərurətdən doğur. Mən indiyə qədərki paralment fəaliyyətimdə ictimai dinləmələr üçün bir zərurət görməmişəm.

- Qanun layihəsinin müzakirəsi harada keçirilməlidir, plenar iclaslarda, yoxsa komitələrdə?

- Hər halda qanun layihələrinin komitələrdən keçərək Məclisə gəlməsi praktikasına mən tərəfdaram, ona görə ki, komitələrdə tam geniş, açıq və çılpaqlığı ilə müzakirələr gedir.  Komitələrdə məsələrlərin müzakirə olunması pis deyil, əslində ümumi işə xeyirdir. Komitədə müzakirədən sonra hər hansı bir layihənin Milli Məclisin gündəliyinə çıxarılması daha yaxşıdır və bəzən həmin layihə geri qaytarıla bilər. Birinci, ikinci oxunuşu keçirilir, daha da təkmilləşdirilir. Ona görə də müzakirələrin bir neçə səviyyədə aparılmasında pis bir şey görmürəm.

- Tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təklif əsasında  qanun layihəsi hazırlanmasını səmərəli hesab edirsinizmi?

- Ümumiyyətlə, xarici ölkələrdə adətən hökümətin yerinə yetirmək istədiyi, lakin yerinə yetirə bilmədiyi və ya yerinə yetirmək arzu edilən olmadığı işləri Qeyri-Hökümət Təşkilatları həyata keçirirlər. Hətta bəzi ölkələrdə QHT-lər xarici siyasətin müəyyən funksiyalarını öz üzrələrinə götürürlər. Mənim fikrimcə bu, normaldır. Amma hər hansı ideya, fikir cəmiyyətə hardan gəlməlidir? Bir aşağıdan, bir də yuxarıdan gələ bilər. Aşağıdan bu ola bilər xalqın içərisindən, QHT-lərdən və yaxud da araşdırma mərkəzlərindən, yuxarıdan isə hakimiyyətdən.
Gəlin səmimi etiraf edək ki, son illərdə Azərbaycan cəmiyyətinə yeni ideyalar əsasən yuxarıdan, hakimiyyətdən gəlir, yeni layihələrin irəli sürülməsi, həyta keçirilməsi, ictimai rəyi diqqətinə cəlb edən yeni fikirlərin ortaya atılması hamısı adətən yuxarıdan gəlir. Aşağıdan icitmai rəyə bunların gəldiyini çox çətinliklə görərik və mən hesab edirəm ki, bir sıra ölkələrdə araşdırma mərkəzləri dövlətlərin daxili və xarici siyasətinin təhlilində, onun inkişaf meyillərinin üzə çıxarılmasında və gələcək perspekltivlərin müəyyənləşdirilməsində müəyyən rol oynayırlar. Amma neynəmək olar ki, belə araşdarma mərkəzləri yenidir.  Avropa ölkələrində bəzən deyirlər ki, bizdəki araşdırma mərkəzləri yenidir, gəncdir. Soruşanda neçə yaşı var, bəzən söyləyirlər ki, araşdrıma mərkəzləri 50-60 il əvvəl yaranıb. 50-60 il bundan əvvəl yaranan araşdırma mərkəzlərinə onlar yeni deyirlər, amma bizdə gerçəkdən yenidir. Hesab edirəm ki, yeni olmasına baxmayaraq, onların qurulması, fəaliyyət istiqamətləri tamailə doğruidur. Araşdrıma mərkəzləri təkcə qanunvericilik məsələrinə kənardan özlərinin mülahizələrini bildirməklə kifayətlənməməlidir. Onlar ölkənin daxili, xarici siyasəti, beynəlxalq fəaliyyəti ilə bağlı inkişaf perspektivlərinin müəyynələşdirilıməsində öz elmi əsaslandırmış proqnozlarını verə bilərlər.

- Musa müəllim, deputat köməkçilərində vacib bacarıqlar nə olmalıdır?

- Mənim köməkçim Tural Qəmbərovdur. O Misirdə təhsil alıb. Bir neçə xarici dil, ərəb, rus, ingilis, turk, fransız dillərini bilir. Ünsiyyətçildir. Deputat köməkçisinin işi çoxdur. Bəzən deputat köməkçisinin fəaliyyətinə sadəcə rəsmi olaraq quru, statik olaraq yanaşanlar da olur. Amma fikrimcə, deputat köməkçisi daim seçicilərin arasında olmalırdır, onlarla görüşməlidir, gələn məktbulara cavab verməlidir. Deputatın işinə kömək eləmilidr. Ola bilər ki, deputatın müəyyən tədbirlərdə çıxışı ilə bağlı kömək edə bilər, hesab edirəm ki, deputat köməkçisi deputatla eyni zamanda KİV arasında münasibətlərdə də bir vasitəçi rolunu oynaya bilər. Amma telefonlarım açıq olduğu üçün adətən bütün KİV-lərə fikrimcə, çox açığam və münasibətləri birbaşa özüm yaradıram. Deputatın fəaliyyəti ilə bağlı məlumatların Kütləvi İnformasiya Vasitələrinə çatdırılmasında köməkçi də yaxşı rol oynayır.

Modern.az             

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır