Modern.az

Cənubi Koreya prezidenti Şimali Koreyaya gedib - VİDEO

Cənubi Koreya prezidenti Şimali Koreyaya gedib - VİDEO

Aktual

18 Sentyabr 2018, 08:15

Koreya Respublikasının prezidenti Mun Ce-in Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfərə gəlib.

Modern.az xarici KİV-ləırə istinadən xəbər verir ki, Cənubi Koreya prezidentini Pxenyan hava limanında KXDR lideri Kim Çen In qarşılayıb. Mun Ce-inin rəsmi qarşılanma mərasimi televiziya ilə canlı yayımlanıb.

Məlumata görə, üç gün davam edəcək səfər çərçivəsində liderlər iki dəfə görüşərək Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə edəcəklər. Mun Ce-ini səfərdə dövlət rəsmilərindən, iş adamlarından və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir. İş adamları arasında “Samsung”, “Hyundai”, “SK”, “LG” kimi şirkətlərin rəhbər şəxsləri də var.

Qeyd edək ki, bu, cari ildə Cənubi Koreya prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında baş tutan üçüncü görüş olacaq. Bundan başqa, Mun Ce-in Şimali Koreyaya səfər edən 3-cü Cənubi Koreya dövlət başçısıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı