Arxiv
18 Sentyabr 2018, 08:39 | MƏDƏNİYYƏT
Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi MÜRACİƏT yaydı - Qohumlarını axtarır  

1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmək üçün Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türkiyəli əsgər – kayserili Abdulkadirin nəvəsi Abidə Qurbanova Modern.az saytı vasitəsilə müraciət edib.

Onun müraciətində deyilir:

“1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmək üçün Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türkiyəli əsgərlərin qəhrəmanlıqları barədə çox yazılıb, çox deyilib, lakin babam Abdulkadir adlı kayserili əsgər barədə bu günədək ölkə mətbuatında heç nə yazılmayıb, ölkə ictimaiyyəti ondan xəbərsizdir...

Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən tədbiri izləyəndə göz yaşlarımı saxlaya bilmədim, həm sevindim, həm də Azərbaycanı işğaldan azad etmək üçün Osmanlı Ordusunun tərkibində bura gələn babamdan ölkə ictimaiyyəti xəbərsiz olduğu üçün kədərləndim.

Məlumat üçün bildirim ki, 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gələn babam Türkiyənin Kayseri şəhərinin Develi ilçəsindəndir (qəsəbəsindən). Nuru Paşanın komandanlığı ilə bura gəldikdən sonra babam bolşevik-daşnak qüvvələrinə qarşı ən ağır döyüşlərdə iştirak edib. Bir müddət sonra Ucar-Göyçay istiqamətində gedən döyüşlərin birində ölümcül yaralanıb. Babam nənəmə danışarmış ki, vəziyyəti ağır olduğundan onu yerli əhali öz evində müalicə etməyə çalışıb. Ağır yaralandığından müalicəsi bir müddət davam edib və türkiyəli əsgər yoldaşlarından ayrı düşüb. Türkiyəli əsgərlər öz ölkələrinə geri qayıtdıqdan sonra babam burada qalıb və qaçaqlara qoşulub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən, Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal ediləndən sonra babam qaçaqlarla birgə bir çox bölgələrdə döyüşüb, onlarla birgə Qarabağ meşələrində gizlənib. Babamı tutub sürgün etmək istəyiblər. Bir gün babam qaçaqların məsləhəti ilə onlarla birgə döyüşən daha bir türk əsgərlə Kür çayının Qarabağ sahilindən üzə-üzə indiki Zərdab rayonunun Nəzəralı kəndinə keçib. Kənd camaatı onların türkiyəli əsgər olduqlarını biləndən sonra evlərində saxlayıblar, gizlədiblər. Nəzəralı kəndinin camaatı onlara sığınacaq veriblər, arxa durublar, xəlvət saxlayıblar ki, yeni hökumət onları tutub sürgün etməsin.

Daha sonra onlara bəraət verilib. Həm babam, həm də digər türkiyəli əsgər Zərdabda insanların onlara olan sevgisini, diqqətini görüb elə buradaca qalıblar. Babam Abdulkadiri kənd camaatının, el-obanın xeyir-duası ilə nənəm Şəkərlə evləndiriblər. Sonradan hökumət onları əfv edib. Digər türk əsgəri isə gedib Zərdabın Ağabağı kəndinə və orada evlənib, dünyasını dəyişəndən sonra orada dəfn olunub. Həmin türk öz qızına Qəribsoltan adı qoyub. Onun qızı hazırda Zərdabın Şıxbağı kəndində yaşayır, yaşlı qadındır. Onlar həmişə mənim babama, əmilərimə qardaş deyirdilər. Onlar bildirirdilər ki, bizim atamız eyni vaxtda Osmanlı Ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gəlib, biz qardaşıq. Atamgilə həmişə el-obada "türk oğlu" deyə müraciət ediblər. Camaat onların Türkiyədən gəldiyini bildiyi üçün belə deyirmiş.

Babam sonradan problemlə üzləşməmək üçün camaatın məsləhəti ilə adını dəyişib, özünə soyad götürüb. Babama Hüseyn deyiblər, sənəddə soyadı Ömərov edilib. Kayseri şəhərinin Develi ilçəsində babamın 3 qardaşı, 2 bacısı olub. Qardaşları - Şükür, Mahmud, Mustafa, bacıları - Abide və Saniye olub. Babam çox cavan - 1944-cü ildə 44 yaşında dünyasını dəyişib. Mənə babamın bacısının - Abidenin adı qoyulub. 

Ölənədək babam Türkiyəyə gedə bilməyib, amma oradakı qohumları ilə məktubla yazışırmış. Babam dünyasını dəyişəndən sonra Zərdabın Nəzəralı kəndində dəfn olunub. Babamın yurdunda əmimoğlu Həmid yaşayır. Bizim nəsil Zərdabda "türkün uşaqları" kimi tanınır.

Türkiyədə yaşayan qohumlarımızı tapmaq üçün Develi bələdiyyəsinə məktubla müraciət etmişik. Bir neçə il öncə bizə cavab gəldi ki, qohumlarınızı tapmaq üçün sizə köməklik göstərəcəyik, amma heç nə olmadı. Qafqaz İslam Ordusu ilə Azərbaycana gəlib şəhid olanlara böyük diqqət, qayğı, sevgi var, amma babamın və onun silahdaşının başına gələnlər, həyat yolları barədə indiyədək ölkə mətbuatında yazılmayıb, ölkə ictimaiyyəti belə bir əsgərin olmasından xəbərsizdir. Ən böyük arzularımızdan biri də Türkiyədəki qohumlarımızın tapılmasıdır. Babamın tanınmamasına, onun adının heç bir yerdə qəhrəman türk övladı kimi xatırlanmamasına, Türkiyədəki qohumlarımızı tapa bilmədiyimizə görə özümü onun ruhu qarşısında günahkar hiss edirəm. İnanıram ki, bu müraciətdən sonra məsələ ictimailəşəcək və biz arzumuza çatacağıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56 TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır 17 İyun 2019, 20:37 “Zeko” kanalizasiyadan oğurluq etdi 17 İyun 2019, 20:18 Sabiq prezident məhkəmə zalında öldü 17 İyun 2019, 20:02 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55