Arxiv
18 Sentyabr 2018, 08:55 | ƏDƏBİYYAT
Murtuz Ələsgərovla bağlı 4 XATİRƏ  

Mahir Qabiloğlu

Bu il sentyabrın 20-də məşhur istimai-siyasi xadim, Milli Məclisin sabiq sədri, mərhum Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyidir. Hadisələri azca qabaqlayaraq, bu görkəmli dövlət xadimi ilə bağlı xatirələri Modern.az-ın oxucuları ilə bölüşməyə qərar verdim.

GİRİŞ

Murtuz Ələsgərovu gənc nəsil Milli Məclisin sədri kimi tanıyır. Mən isə onu ilk dəfə Azərbaycan SSR Dövlər Teleradio Verilişləri Komitəsinin yayımladığı televiziya verilişində görüb, tanımışam. Necə deyərlər – qiyabi. Bir professor-alim, universitetin müəllimi kimi. Vaxt keçdi, il dolandı. Azərbaycan Ali Soveti binasının qabağında YAŞ senzinin götürülməsiylə əlaqədar keçirilən mitinqlə bağlı videosüjetlər yayımlanmağa başlandı. Daha sonra ANS-in xəstəxanadan reportajı. Reanimasiyada əli-ayağı gipsdə olan Murtuz Ələsgərov. Ahıl insanı kim  salmışdı bu vəziyyətə? Əlbəttə ki, sivil siyasi mübarizədən qorxanlar. Nəyə görə? Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının qarşısını almaq üçün qəbul edilən – 70 yaşın varsa Prezident seçilə bilməzsən – qanunun ləğvinə çağırışa görə. Bəs niyə məhz Murtuz Ələsgərov? Axı o mitinqdə çox adam vardı. Çünki Murtuz Ələsgərov hərəkətverici qüvvə – buzqıran gəmi idi. Murtuz Ələsgərov əsl ƏLİYEVÇİ idi. Bunu o sübut etmişdi. Bunu o, son nəfəsinə qədər sübut etdi. Təkcə özü yox, ailə üzvləri də sübut etdi. 
ANS də bu tarixi çəkib bütün Azərbaycan xalqına göstərdi.

Onlar az idilər. Bəlkə də tək-tük. Sonra 91 nəfər oldular. Amma onların gücü xalqda idi. Xalq Heydər Əliyevi sevirdi, dəstəkləyirdi, ona inanırdı. Məhz buna görə güclü idilər. Ona görə də siyasi mübarizədə qalib gəldilər. Və artıq 25 ildir ki, qalibdirlər.

Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru, millət vəkili oldu. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri. Və ən nəhayət mənim qonşum oldu. İndi deyəcəksiniz ki, bu nə ədəbsizlikdir? Heç olmasa “atam, şair Qabilin qonşusu oldu” de. Yox, yalan danışa bilmərəm. Mənzil Prezident Heydər Əliyev tərəfindən atama bağışlansa da, orda ilk gündən mən yaşayırdım. Və iki ildən sonra xəbər tutdum ki, Murtuz müəllim də o binaya köçüb. Bir blokdayıq. O, 11-ci mərtəbədə, mən isə 18-də. Məhz ona görə binamızı Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları qorumağa başladılar. Vergilər naziri Fazil Məmmədovun “oxrana”sını da bura əlavə etsək, biz qonşular tam arxayın idik. 

Statistik və tarixi məlumatlar bu qədər.  İndi keçim mətləbə. Qabillə Murtuz Ələsgərovun zarafatlarına. Onu da qeyd edim ki, bu əhvalatları atamın dilindən eşitmişəm. Demişdi ki, heç kimə demə. Amma, deməmişdi ki, “Nəbadə yazasan ha!”

 

NİZAMİ, QABİL BURDADI?

 

1994-95-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, professor Nizami Cəfərov (indi millət vəkili, akademik) atama zəng edir:

–      Salam, Qabil müəllim.

–      Salam, Nizami.

Atam Nizami müəllimə təkcə tənqidçi-alim, dekan kimi baxmırdı. Mən onun qonşusu idim. 9-cu mikrorayonda yazıçılar üçün tikilən binada Nizami müəllim 4-cü mərtəbədə, mən isə 8-də qalırdım. Beşinci kursda mənə dərs də dedi. Nizami Cəfərov Qabil üçün ilk növbədə oğlunun qonşusu (mənzil atamın adına olsa da, dadı mənim idi) və müəllimi idi.

–      Qabil müəllim, istəyirəm ki, bizim 5-ci kurs tələbələrinə bir qoşa saat dərs keçəsən.

Cavab çox da özünü gözlətmir:

–      Nizami, yemək-içmək olacaq?

–      Olacaq.

–      Onda gələrəm.

Vədələşdikləri kimi, Qabil Filologiya fakültəsinə gəlir. O vaxt bir mühazirə 80 dəqiqə çəkirdi. Qabil danışır-danışır və qırx dəqiqədən sonra sözü qurtarır. Üzünü Nizami müəllimə tutur ki, “Vsyo. Mən qurtardım”. Nizami müəllim də Qabilə tələbələr adından minnətdarlığını bildirir. Sonra yavaş-yavaş düşürlər dekanata. Girirlər dekanın otağına. Qapını açarla bağlamırlar. Süfrə salınır. (O vaxt restorana, kafeyə getmək mümkün deyildi. Qiymətlər çox yuxarıydı.) Nizami müəllim kasıbın olanından düzür süfrəyə. Bir sağlıqdan sonra o vaxt hələ Xalq yazıçısı olmayan müəllimim, professor Gülhüseyn Hüseynoğlu gəlib çıxır. Məclis qızışır. İkinci sağlıq da deyilib, badələr qaldırılır. Üçüncü sağlıqdan sonra katibə içəri girib deyir ki, “Nizami müəllim, rektor Murtuz Ələsgərov fakültəyə gəlib”. Nizami müəllim məclis əhlindən üzr istəyib çıxır dəhlizə. Murtuz müəllimlə görüşür. Amma dekanatlığa dəvət etməyə, məlum səbəblərə görə  cürət eləmir. Bunu Murtuz müəllim də o saat duyur.

–      Kim var otaqda?

–      Qabil müəllim. 5-ci kurslara dərs deməyə gəlmişdi. İndi çay içir.

–      Nə gözəl? Gedək Qabil müəllimlə görüşüm, – deyə Murtuz müəllim dekanın otağına tərəf gedir. İçəri girir. Qabillə görüşüb-öpüşür. Və Qabil ev yiyəsi kimi onu “çay”a dəvət edir. Murtuz müəllimsə gözlənilmədən “Mən bundan içmirəm. Nizami, viski varındı?” deyə üzünü dekana tutur. Nizami müəllim tezcənə viski təşkil edir. Məclis qızışır. Bir saat, iki saat, üç saat... Necə deyərlər, Qabil Filologiya fakültəsində 40 dəqiqə dərs deyir, 3 saat yeyib-içir. Özü də ki, rektor Murtuz müəllimlə. Mənim dilimlə desək, o çox böyük sadə insanla.

Həmin gündən Murtuz müəllim filologiya fakültəsinə hər gələndə soruşurmuş:

–      Nizami, Qabil burdadı?

 

MURTUZ MÜƏLLİM, AMMA NƏZƏRƏ AL...

Vaxt keçir. Murtuz Ələsgərov Milli Məclisin sədri seçilir. Qabilin Opera və Balet teatrında, Prezident Heydər Əliyevin iştirak etdiyi 70 illik yubiley tədbirindən sonra, spiker kimi şairi parlamentə dəvət edir. Təbrik edir. Ona müxtəlif kitablar, bloknotlar, qələmlər hədiyyə edir.

Üstündən beş il keçir. Hansısa dövlət tədbirində rastlaşırlar. Hamının içində Murtuz müəllim uca səslə:

–      Ay Qabil, təbrik edirəm. 75 yaşın mübarək. Bu günlərdə səni dəvət edib, rəsmi surətdə təbrik edəcəyəm.

–      Çox sağ ol, ay Murtuz müəllim. Amma bir şeyi nəzərə al. Kitabım da var, bloknotum da, ruçkam da...

 

İKİ YAŞ BÖYÜK OLMAĞIN ÜSTÜNLÜYÜ

 

Qabil 1926-cı il təvəllüd idi. Murtuz Ələsgərov isə 1928. Cəmi iki yaş fərqləri vardı. Mən bunu bir mötəbər tədbirin televiziyada– Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasın  canlı yayımı zamanı bildim. Qabilin çıxışının başlanğıcı belə oldu:

– Hörmәtli Murtuz müәllim! Mәni buraya dәvәt etdiyinizә görә qәlәm dostlarım adından sizә tәşәkkür edirәm. Mәn sizdәn iki yaş böyüyәm. Ona görә dә mәnә iki dәqiqә әlavә vaxt verin...

 

MƏN YEDDİ MƏRTƏBƏ YUXARIDAYAM

Yuxarıda qeyd etdiyim kimi Prezident Heydər Əliyevin atama bağışladığı mənzildə mən yaşayırdım. Atam xəstələnəndən sonra anamla bizə köçdülər. Ömrünün son il yarımını bir yerdə yaşadıq. Bloka girəndə Murtuz müəllimi qoruyan XDMX əməkdaşları çox hörmətlə, nəzakətlə atamla görüşərdilər. Atam da onlarla hal-əhval tutardı. Kefi kök olanda soruşurdu:

–      Murtuz müəllim hansı mərtəbədə yaşayır?

–      11-ci mərtəbədə, Qabil müəllim.

–      Hə? Yox, mən ondan 7 mərtəbə yuxarıdayam.
 

SON

Qabil Murtuz müəllimdən beş il əvvəl rəhmətə getdi. Düz üç dəfə Murtuz müəllim çadıra gəldi. Mənə başsağlığı verdi. Vəzifədən çıxmasına baxmayaraq, MM-in sədri kimi gəzdiyi dövlət maşını (əvvəlki nömrəsi saxlanılmaqla), cangüdənləri öz qüvvəsində saxlanılmışdı. XDMX əməkdaşları da öz postlarında idilər. Fəxr edirəm bu cür Əliyevçiylə və belə bir şəxsiyyətin ailəsiylə indi də qonşu olduğuma görə.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan səfiri Bakı Ali Neft Məktəbində 18 İyun 2019, 10:51 Xəzərin sahilində yeni yaşayış kompleksi tikilir – 2962 ailə SEVİNƏCƏK 18 İyun 2019, 10:51 Erməni nazir Məmmədyarovla görüş üçün ABŞ-a yola düşdü 18 İyun 2019, 10:49 Kapital Bank müştərinin kreditini tam ödədi 18 İyun 2019, 10:45 Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22 “Mercedes” beton maneəyə çırpıldı: 1 ölü 17 İyun 2019, 21:13 “Qarabağ” ikinci qrupda yer aldı 17 İyun 2019, 20:56