Modern.az

Qarabağdakı bərbad TƏHSİL – Ermənistan isə dünyanı belə aldatmaq istəyir

Qarabağdakı bərbad TƏHSİL – Ermənistan isə dünyanı belə aldatmaq istəyir

18 Sentyabr 2018, 10:03

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda təhsilin vəziyyəti çox bərbaddır.

 

Hər bir millətin gələcəyi onun yeni nəslinin təhsilindən başlayır. Nə qədər acı olsa da orada yaşayanlar və hətta indi qondarma rejimə rəhbərlik edənlər bir zamanlar Azərbaycan Respublikasının vətəndaşları olub.

 

Modern.az Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətrafı rayonlarında təhsilin vəziyyətini araşdırıb.

 

Azərbaycanın ali təhsil ocaqları digər xarici həmkarları ilə qarşılıqlı əlaqələr qurub əməkdaşlığı gücləndirdikləri bir zamanda Dağlıq Qarabağ qondarma rejimi özünü yalnız göstərdiyi rəqəmlərlə təsəlli etməklə məşğuldur.

 

Burada böyüyən hazırki nəslə Azərbaycanın hakimiyyəti dövründə acınacaqlı bir vəziyyətin olduğu yalanı yeridilir. Tarixə nəzər salanda isə tamamiilə başqa mənzərə ortaya çıxır.

 

Tarix

 

1950-ci ildə Respublikanın ümumi  təhsilə ayrılan vəsaitinin 63,7 faizə (4078 min) bu bölgəyə xərclənib. 1967-1968-ci tədris ilində ayrılan vəsaitin həcmi təxminən 2 dəfədən çox artaraq 9 milyon 625 min manata çatıb. Nümunə üçün qeyd edək ki, bu məbləğ Naxçıvan Muxtar Respublikası maarifinə ayrılan vəsaitdən 25 faiz çox idi. Bu illərdə müəllimlərin sayı 1696-dan 3030-a çatıb, şagirdlərin sayı isə 40766-dan 36974-ə qədər azalıb. 

50-60-cı illərdə isə təhsildə bəzi dəyişikliklər edilib. VIII-X siniflərdə erməni dilinin tədrisinə həftədə 1 saat əlavə vaxt ayrılıb. Rus dili və erməni dilinə ciddi fikir verilir, rus dili müəllimlərinin hazırlanması genişləndirilirdi. 1950-ci ildən II-X siniflərdə rus dili və ədəbiyyatının tədrisinə tədris planlarında həftədə 5-6 saat ayrılırdı. Erməni və rus ədəbiyyatı, habelə Qərbi Avropa ölkələri ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. 1958-1959-cu tədris ilində orta məktəblərdə “Azərbaycan tarixi”nin tədrisinə həftədə 1 saat ayrılsa da, həmin fənn tədris edilmirdi. 

Artıq 1970-1971-ci tədris ilində bölgədə 67 orta, 107 səkkizillik və 40 ibtidai məktəb fəaliyyət göstərirdi. Həmin tədris ilində şagirdlərin sayı 40281-ə (bundan 24452 kənddə), müəllimlərin sayı 2322-yə çatdı.

 

Dağlıq Qarabağ Muxtar Vilayətində orta məktəbi bitirən məzunların 3-dən 1-i öz təhsillərini Azərbaycan, Ermənistan, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Daşkənd universitet və institutlarında davam etdirirdilər. Artıq 70-ci illərin sonlarında DQMV-nin xalq təsərrüfatında çalışan mütəxəssislərin sayı 8 min nəfəri keçmişdi.

 

1940-1950-ci illər ərzində Xankəndi Müəllimlər İnstitutunda tələbələrin sayı 450-yə, müəllimlərin sayı 60-a çatdı. İnstitutda erməni dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, fizika-riyaziyyat, tarix, təbiət və coğrafiya şöbələri fəaliyyət göstərirdi. 

 

1950-60-cı illərdə burada orta ixtisas təhsilli müəssisələrin sayı da artırdı. Həmin təhsil ocaqlarında sənaye, tikinti, nəqliyyat və kənd təsərrüfatı mütəxəssisləri hazırlanırdı. Belə ki, 1927-ci ildə bu bölgədə 436 tələbəsi olan 2 texnikum fəaliyyət göstərirdisə, 1940-cı ildə texnikumların sayı 4-ə, tələbələrin sayı isə 879-a çatdı. 60-cı illərdə Vilayətdə daha bir texnikum yaranmış, artıq 1970-ci ildə texnikumlarda oxuyanların sayı 2357-yə, oranı bitirənlərin sayı 390-a çatdı.

 

1969-cu ildə Bakı Dövlət Pedoqoji İnstitunun Xankəndi filialı yaradılıb. Burada erməni və rus dilləri ilə yanaşı həmçinin azərbaycan dili də tədris olunmağa başlayıb.

 

Qondarma rejimin təqdim etdiyi rəqəmlər

 

Bu rəqəmlərin hazırki dövrə aid olanları şişirtmə olsa da, özləri də keçmişə aid həqiqətləri qəbul edirlər. Belə ki, ermənilərin özlərinin də qeyd etdiyi kimi Dağlıq Qarabağda müharibə dövründə artıq 100 uşaq bağçası fəaliyyət göstərib. Hazırda isə bu rəqəm cəmi 40-ı keçmir. Və yalnız 2001-ci ildə Xankəndidə rejimə aid ilk dövlət bağçası açılıb.

 

Qondarma rejimə görə 2010-2011-ci illərdə burada 230 orta məktəbdə 20500 şagird və 5 min müəllim olub. Elə bu rəqəmlərə görə hazırda burada 4 kollec və 3 gimnaziya fəaliyyət göstərir.

Ali təhsilə gəldikdə isə 5 ali təhsil müəssisəsinin adı çəkilir ki, bunların hamısı Xankəndidə yerləşir.

Bunlardan ikisi: Artsax Dövlət Universiteti və Ermənistan Aqrar Universitetinin Xankəndi filialı rejimin tabeçiliyində dövlət adı ilə fəaliyyət göstərir.

Adları çəkilən “Qriqori Narekatsi”, Mesrop Maştots” universitetləri və “Akop Qyürcyan” institutu isə özəl təhsil müəssisəsi kimi tanınır.

 

Realda vəziyyət

 

Qarabağ rejimi yuxarıda göstərdiyi rəqəmlərlə fəxr etsə də, bu qondarma respublikada təhsildən şikayətlər dayanmır. Bir sözlə separatçı rejimdə təhsillə bağlı vəziyyət acınacaqlıdır. Ən maraqlısı isə belə şikayətlərin əsasən yerli ekspertlərdən gəlməsidir. Əsas şikayətlər Azərbaycan SSRİ-nin dövründə lazımından artıq tədris olunan erməni dilində təhsilin yerli əhali tərəfindən bəyənilməməsidir. Belə ki, buraya öz təhlükəsizliyini təmin etmək üçün Rusiya vətəndaşlığı olan rus və digər millətləri köçürdükdən sonra rejim onları burada saxlamaq üçün rus dilində təhsilə diqqəti artırmağa başlayıb.

 

Burada, necə deyərlər, təhsil alanların əsas problemləri təhsilin sırf Ermənistan və burada təhsil almış insanlar tərəfindən aparılmasıdır. Bunun üçün 2014-cü ildə Ermənistanın təhsil naziri Armen Aşotyan və separatçı rejimin Təhsil Nazirliyi arasında əməkdaşlıq proqramını imzalanıb. 2020-ci ilə kimi davam edəcək bu proqram Ermənistandakı ali təhsil ocaqlarında qondarma rejim üçün mütəxəssislərin hazırlanması məqsədi ilə hər il bakalavr pilləsi üçün 60, magistr üçünsə 30 pulsuz yerin təmin olunmasını nəzərdə tutur. Bununla da Qarabağda ali təhsil alanların xaricə çıxış imkanı açılır.

 

Qeyd etmək lazımdır ki, hazırda rejimin ali təhsil almış tələbələri xarici universitetlərə daxil ola bilmirlər. Buna səbəb  rejimin bununla da buradakı təhsil müəssisələrinin digər ölkələr tərəfindən tanınmamalarıdır. Bu müəssisələrin “diplomlarının” yeganə tanındığı ölkə təbii ki, Ermənistandır.

 

Elə bunu nəzərə çatdırmaq lazımdır ki, 1993-cü ilin mayın 10-da Ermənistan rəhbərliyinin verdiyi 509 saylı qərar və göstərdiyi səylər nəticəsində Şuşanın işğalının il dönümü münasibəti ilə universitet yaradılması qərara alınıb.

 

Həmçinin nəzərə almaq lazımdır ki, rejim hər zaman təhsil məsələsində susur. Təbii ki, bu onun bu sahədəki uğursuzluqlarının göstəricisidir.

 

Rejimdə ali təhsil adı ilə təqdim olunan təhsili alan şəxslər yalnız rejimin standartlarında və hazırki şəraitdə xidmətlərə qatlanmalı olurlar. Elə buna görədir ki, rejimin tabeliyində olan əhali daha çox rus dilinə üstünlük verir. Bu onlara Ermənistandakı təhsil müəssisələrinin sayəsində Rusiya kimi ölkələrdə təhsil almaq imkanı yaradır.

 

Qeyd edək ki, sayları göstərilən təhsil müəssisələri hamısı rejimin müstəqilliyini elan etdiyi Dağlıq Qarabağda fəaliyyət göstərir. Yəni Qarabağ ətrafı rayonlara isə ümumiyyətlə diqqət göstərilmir. Bunu həmin ərazilərdə insanların yaşamaması və rejimin bu əraziləri viran saxlamaq planları ilə əlaqələndirmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi