Modern.az

Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA

Lirə ucuzlaşdıqca azərbaycanlılar İstanbul, Bodrum, Antalyada daha çox mülk alır - STATİSTİKA

18 Sentyabr 2018, 14:16

Türk lirəsi ucuzlaşmaqda davam edir. Bu ucuzlaşma qardaş ölkənin iqtisadiyyatını laxlatsa da, oradakı qiymətlər xaricilər üçün cazibədar görünür. Hazırda 1 dollar 6,35 lirədir. Lirənin ucuzlaşması imkanlı azərbaycanlıları da qardaş ölkənin daşınmaz əmlak bazarından mülk almağa sövq edir.

Modern.az saytı Türkiyə Statistika Komitəsinin rəsmi göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında Türkiyədə ümumilikdə 769 910 daşınmaz əmlak satılıb.

Onlardan 97 019-u yanvar, 95 953-ü fevral, 110 905-i mart, 119 655-i may, 119 413-ü iyun, 123 878-i iyul ayında alıcı tapıb.

Türkiyənin açıqladığı rəsmi statistikaya görə, 2018-ci ilin 7 ayı ərzində ən çox daşınmaz əmlak - Ankarada 77143, Antaliyada 36 130, Bursada  29 396, İstanbulda  128 822 satılıb.


Azərbaycanlılar 6 ayda 414 mənzil alıblar

Təkcə 2016-ci ildə azərbaycanlılar Türkiyədə 428 ev alıblar. 2015-cilin anoloji dövründə bu rəqəm 512 olub.

Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin iki ayında - yanvar-fevralda azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. Sonrakı aylarda bu rəqəm sürətlə artıb. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədən 414 mənzil alıblar. Şünhəsiz ki, inflyasiyanın sürətləndiyi iyul, avqust, sentyabr aylarında bu göstərici bir xeyli artıb.

Həm ziyarət, həm ticarət...

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Modern.az-a deyib ki, Türkiyənin hər yerində evlərin ucuz olduğu haqda fikirlər reallıqdan uzaqdır:

“Bu, bir az mübahisə doğuran məqamdır. İlk olaraq söhbətin hansı bölgədən getdiyini dəqiqləşdirmək lazımdır. Çünki Türkiyənin hər yerində evlərin qiymətləri eyni deyil.

İstanbulun mərkəzindəki keyfiyyətli binlar da kifayət qədər bahadır. Ümumilikdə “Türkiyədə evlər su qiymətinədir” demək də doğru deyil.

Demək olar ki, Bakının mərkəzindəki evlərin qiyməti kimidir. Türkiyədə lirə dəyər itirdiyindən dollarla və manatla ifadədə qiymətlər xeyli ucuzlaşıb ki, bu da tələbatın ikinci dalğasını yaradıb. 2015-ci il devalvasiyasından sonra azərbaycanlıların Türkiyədəki daşınmaz əmlak bazarına marağının azaldığı deyilsə də, statistikada azalma qeydə alınmamışdı. Bu sırf texniki amillərlə bağlı idi. Bir çox insanlar Türkiyədə ev almağa üstünlük verməkdən vaz keçmirdi.

Son aylarda isə lirənin ucuzlaşması azərbaycanlıların Türkiyədə nəninki, daşınmaz əmlaka, həm də şoppinqə də marağını artırıb. Bu ərəfədə çox sayda azərbaycanlılar Türkiyədə şoppinqə gedirdilər”.

 

“Azərbaycanlılar Bodrum, Antaliya, Alaniyadan ev alır”

R.Əliyev bildirib ki, azərbaycanlılar daha çox İstanbulda, Alanya, Antalya, Bodrumda daşınmaz əmlak almağa üstünlük verir:


“Çünki qeyd olunan şəhərlər həm əsas mərkəz, həm də infrasturktur baxımdan inkişaf etmiş şəhərlərdir. Eyni zamanda, turistik ərazilərdir. Nəzərə almaq lazımdır ki, Türkiyəyə yatırım edən alıcılar kasıblar deyil. Hansı ki, gedib şəhərin qırağında balaca daxma alsın. Yəni Azərbaycandan Türkiyəyə daşınmaz əmlak almaq üçün gedən kontingent fərqlidir. Ona görə əsas üstünlük biznes mərkəzi kimi İstanbula verilir. İstanbulda daşınmaz əmlak alanlarla istirahət yerlərində -Bodrum, Alaniya, Antalyada ev alanların məqsədi də eyni deyil. Məsələn, Qubadan Bakıya gələn biri üçün Bakının kənarında kiçik ev almaq da əlverişlidir. Amma Bakıdan İstanbula gedənlər kifayət qədər imkanlı adamlardır ki, onlar da yüksək keyfiyyətli, daha dayanıqlı mənzillər almağa üstünlük verirlər”.

 

Həm ziyarət, həm ticarət...

 

Ekspert qeyd edib ki, turistik ərazilərdə ev alan azərbaycanlılar yaydan yaya ora getsələr də, yenə də yatırım üçün uduzmurlar:

“Amma kirayə bazarına gəlincə, Türkiyədə bu sektor o qədər də əlverişli deyil. Həm də Türkiyədə  komunal xidmətlərin ödənişi çox yüksəkdir. Azərbaycanda mənzilin istismar xərci Türkiyə ilə müqayisədə çox aşağıdır. Ona görə də bizimkilər əllərinə pul düşən kimi ev alır ki, nəvəsinə-nəticəsinə qalsın. Amma Türkiyədə ev alan azərbaycanlılar evi kirayəyə verir ki, heç olmasa istismar xərclərini ödəyə bilsin. Bu baxımdan Türkiyədə ev kirayəsi o qədər də əlevişli sahə deyil. Ümumilikdə bizimkilər evi ya şəxsi istifadə üçün, ya da biznes üçün alırlar. Lirə düşdüyü vaxtda alınan evlər, lirənin məzənnəsi sabit, yaxud möhkəmlənsə  belə, vətəndaş qazanc əldə edəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi