Arxiv
18 Sentyabr 2018, 14:33 | ƏDƏBİYYAT
İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

2018-2019-cu illər üzrə dərs ili başladı... Tədris ilində ən çox əhəmiyyət kəsb edən, eyni zamanda tənqid olunan məsələlərdən biri dərs vəsaitləri və onların tərtibat səviyyəsi barədədir. Bildiyimiz kimi, hər bir sinif üçün dərslik hazırlanan müəllim üçün metodik vəsait olduğu kimi, şagirdlər üçün əlavə vəsait nəşr olunur. Əlavə vəsaitlər bir növ dərsliklər üçün, açar, izah, məşq xarakteri daşıyır. Budəfki mövzumuz ibtidai siniflər üçün hazırlanan əlavə vəsaitlər haqqında olacaq. 

Gündəmi nəzərə alaraq, bu sahədə 40-a yaxın kitab tərtib edən, kitabları daha çox satılan tanınmış müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Aygün Məcidova ilə söhbətləşdik. Onunla tərtib etdiyi kitablarının fərqi, əlavə vəsaitlərin səviyyəsi, uşaqların bu kitabları qavrama yolları barədə söhbət açmışıq. Modern.az söhbəti təqdim edir.

 

- Mümkünsə, özünüz barədə məlumat verərdiniz. Tanınmış əlavə vəsaitlər müəllifi kimi sizin pedaqoji fəaliyyətiniz, təcrübəniz, çalışdığınız təhsil və elm müəssisələri maraqlıdır.

- 1987-ci ildə Azərbaycan Dövlət Universitetininin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Riyaziyyat hər bir uşaq üçün çətin fənn kimi qəbul edilir, bu fənni daha asan qəbul edilən, sevilən etmək həvəsi və ibtidai siniflərdə riyaziyyatın tədrisi məni daha çox maraqlandırdığından 1998-1999-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmiş və ibtidai sinif müəllimi işləməyə başlamışam. 30 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. 1998-ci ildən bu günə qədər Bakı Avropa Liseyində ibtidai sinif müəllimi işləyirəm. Bununla yanaşı, ibtidai siniflər üzrə direktor müavini vəzifəsini də daşıyıram. Pedaqoji fəaliyyətə başladığım ilk günlərdən təhsil sahəsində gedən islahatlarla yanaşı, inkişaf etmişəm. Çoxsaylı treninqlərin iştirakçısı olmuş, trener kimi fəaliyyət göstərmişəm. 2004-cü ildən ADPU-nun «İbtidai riyazi təhsilin metodikası» kafedrasında saathesabı ilə pedaqoji praktika aparmış, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərməyə başlamışam. Daim pedaqoji fəaliyyətimi özümüinkişafla davam etdirmişəm. 2003-cü ildən Təhsil Problemləri İnstitutunun dissertantı olmuş, 2008-ci ildə «İbtidai siniflərin riyaziyyat təlimi prosesində ədəd anlayışının öyrədilməsi yolları» adlı tədqiqat işi əsasında müdafiə etmişəm və pedaqoji elmlər üzrə fəlsəfə doktoru adını almışam. 

- Hər halda ibtidai siniflər üçün bu qədər dərslik müəllifinin elmi təqdiqat işləri də yox olmamalıdır...

- Tamamilə razıyam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasindan elmlər doktoru proqramı üzrə dissertanturanı bitirmişəm, "İbtidai siniflərdə müasir qiymətləndirmə konsepsiyası əsasında riyaziyyat təliminin səmərəliliyinin artırılması yolları» adlı mövzusu ilə bağlı tədqiqat işini sona çatdırmışam, eyni adlı monoqrafiyam nəşr olunmuşdur. Müdafiə ərəfəsindəyəm. Əməyin dövlətimiz tərəfindən qiymətləndirilmiş, «Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşam, «İlin müəllimi» müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının prezidenti tərəfindən mükafatlandırılmışam, «Əməkdar müəllim» adına layiq görülmüşəm. 2016-cı ildən pedaqoji elmlər üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvüyəm. Bütün elmi və pedaqoji fəaliyyətim ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı olub. Ölkədaxili və ölkə xaricində əsərlərim dərc olunmuşdur. 4 monoqrafiya, 126 kitab (dərsliklər, tədris vəsaitləri, metodik vəsaitlər, didaktik materiallar, test tapşırıqları), 46 məqalə (14 xaricdə dərc olunanlar) və 7 tezisin (5 xaricdə), 2 proqram müəllifiyəm. 

-  İbtidai siniflər üzrə bir sıra vəsaitlərinizi, o cümlədən «Riyaziyyatdan didaktik materiallar» və «Riyaziyyatdan testlər» kitabınızı demək olar ki, hər bir ibtidai sinif şagirdi tanıyır. Bu kitabların belə tanınmasına səbəb nədir?

- İbtidai siniflər üçün yazılan «Riyaziyyatdan didaktik materiallar» (I-IV siniflər), «Riyaziyyatdan testlər» (I-IV siniflər) kitabları 2008-ci ildən başlayaraq nəşr olunur. Bu kitablar təhsildə gedən islahatlar zamanı – ibtidai siniflər üzrə yeni dərsliklərin istifadəyə verildiyi bir zamanda Azərbaycanda ilk didaktik material kimi istifadə olunub. İbtidai siniflərin riyaziyyat təliminin məzmununda edilən dəyişikliklər müəllim, valideyn və şagird kontingentində yeni və tam mənimsənilməyən bir məzmun kəsb etdiyindən, bu kitablar o dövrün ibtidai riyazi təhsilində riyazi biliyin məhv olmasının qarşısını almışdır.

-  Bu kitablarınız Azərbaycanda nəşr olunan yeganə əlavə vəsaitləridir?

- Mənim üçün sevindirici bir haldır ki, artıq müxtəlif müəlliflər tərəfindən çoxsaylı tədris vəsaitləri yazılıb, nəşr olunmaqdadır. Lakin yenə də bu nəşrlər azlıq təşkil edir. Təsəvvür edin ki, Rusiyada bir fənn üzrə yüzlərlə əlavə tədris vəsaiti olduğu halda, Azərbaycan dilində çox çətinliklə ibtidai siniflər üçün çox kiçik həcmdə tədris vəsaitləri tapmaq olurdu. Bütün müəlliflərə kitab yazmaq kimi ağır bir iş prosesində uğurlar və müvəffəqiyyətlər arzulayıram.

- Bəs sizin yazdığınız kitablar digər nəşrlərdən nə ilə fərqlənir?

- Digər nəşrlərin də özünəməxsus cəhətləri var. Lakin onlarda uşaqlar əsasən riyaziyyatı öyrənməkdə çətinlik çəkir, sadəcə dərslikdə çoxsaylı çalışmalara yer çatmadığından, əlavə material kimi onlardan istifadə edirlər. Ona görə də bu tədris vəsaitlərində dərsliklərdə olduğu kimi eyni başlıqlar verilir. Müəllifi olduğum tədris vəsaitlərində isə uşaqlar riyaziyyat fənni üzrə konkret və vacib məzmun üzrə tapşırıqları yerinə yetirdikcə, müəyyən bir prinsiplə riyaziyyat elminə yiyələnirlər. Kitabın konsepsiyası bütöv bir metodik sistemə əsaslanıb və məzmun didaktik prinsiplər əsasında müəyyənləşdirilib. Siniflər üzrə materialın məzmunu elmi əsaslarla, sistemli şəkildə, düzgün ardıcıllıqla, varislik gözlənilməklə tərtib olunub; tapşırıqlar sadədən mürəkkəbə, asandan çətinə doğru düzülüb. Tapşırıqlar inkişafetdirici, düşündürücü, əyani, praktik, həyatla əlaqəli, diferensasiyalı olmaqla, şagirdlərdə şüurlu mənimsəməyə, mühakimə aparmaq bacarığını inkişaf etdirməyə, fəallığı artırmağa, səmərəli yollar axtarmağa, biliyi dərinləşdirməyə xidmət edir.

-  Riyaziyyat çətin fənn – elmlərin şahıdır. Ciddi riyazi təhsil, bu elmin dərinliklərinə yiyələnmək ibtidailər üçün çoxmu vacibdir?

- Qeyd etməliyəm ki, qonşu Rusiya Federasiyasında riyazi təhsilin məzmununa verilən tələblər və məzmunun elmi əsaslara söykənməsi məni qəne edir. Biz riyaziyyatı uşaqlara öyrətmirik ki, riyaziyyatçı olsunlar. Riyaziyyat həyatımızın hər bir sahəsində – adi məişət məsələlərindən tutmuş gördüyümüz bütün mümkün işlərdə tətbiq olunur. Riyazi bilik və bacarıqlarımızla təkcə hesab əməllərini yerinə yetirmirik. Bu elm istənilən məsələlərdə obyektiv qərar qəbul etmək üçün ağlın, zəkanın çevikliyini inkişaf etdirir.

- Siz bu fənlə bağlı tədris vəsaitlərini hazırlayarkən, hansısa mənbələrə istinad etmisiniz?

- Mənbələr deyirsiniz, mənbələrə istinad etmək doğrudur, lakin necə istinad etmək? Dünya təcrübələrinə istinad etmək olar, lakin elə etmək lazımdır ki, məzmun elmi əsasını itirməsin. Bu məsələyə böyük həssaslıqla yanaşmaq lazımdır. Belə ki, riyaziyyatı, riyazi təhsili dağıtmaqla bütün ümumbəşəri mədəniyyəti dağıtmaq olar. Cəmiyyətin inkişafında əvəzsiz rolu olan Riyaziyyat tək özü-özü üçün vacib deyil, ona bütün elmlərin ehtiyacı var.

- İbtidai sinif dərsliklərində xüsusən riyaziyyatdan mövzu və tapşırıqların ağırlığı, metodikanın çətin üsullarla aparılmasına dair fikrinizi bilmək istərdik.

- İbtidailərin riyaziyyat təlimində məzmun çox genişlənib. Məncə, məzmunu genişləndirməkdənsə, dərinləşdirmək daha düzgün olardı. Üsullara gəldikdə isə, əslində üsullar mənimsəməni asanlaşdıran bir vasitədir. Ümumiyyətlə verdiyiniz sualla bağlı hazırda ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün geniş imkanlar yaradılır. Hər bir inkişafın özülü isə müəllimin fəaliyyəti ilə bağlıdır. Müəllim faktoruna qoyulan kapital, verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar.

- Çoxsaylı kitabınız var. Daha hansı istiqamətlərə toxunmusunuz?

- İbtidai sinif müəllimi işlədiyimdən ana dilimizin tədrisi də məni həmişə maraqlandırmışdır. Balacalar üçün Azərbaycan dilindən də didaktik materiallar və testlər yazmışam. Bu tədris vasitələri şagirdləri dil qaydalarını daha dərindən mənimsəməyə xidmət edir. Bu yaxınlarda ibtidai siniflər üçün «Həyat bilgisindən didaktik materiallar və testlər» tədris vasitələri də nəşr olunacaq.

- Bir maraqlı kitabınız da var. «Dəryadan damlalar». Bu kitabın məzmunu nədən ibarətdir?

- İbtidai sinif müəllimliyi fəaliyyətimdə daim uşaqlara Vətənimiz Azərbaycanı dərindən sevməyi, gələcəkdə mükəmməl bir mütəxəssis kimi yetişib Vətənimizə xidmət etməyi tövsiyyə etmişəm. Ümummilli liderimiz Heydər Əliyevin bir aforizmini oxudum: «Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz, əgər bunu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz». Demək olar ki, müdrik insanın bu kəlmələri məni «Dəryadan damlalar» kitabını yazmağa sövq etdi. Kitabda Azərbaycan və azərbaycanlılar haqqında məlumatlar toplusu mövcuddur. Məlumatlar təqvim formasında təqdim olunub. Məqsəd hər bir günlə bağlı şagirdlərimizin bir tarixi hadisəni oxumasıdır. Gün ərzində bir-iki məlumatı oxumaq yadda daha yaxşı qalır. Bir neçə il bu kitabı stolüstü kitab kimi istifadə etdikdə, şagirdlərimiz Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duya, Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duyacaq, onlara bənzəmək əzmi ilə çalışacaqlar.


Söhbətləşdi: Xədicə Səxavət

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30