Arxiv
19 Sentyabr 2018, 15:06 | AKTUAL
Səməd Seyidov türkiyəli deputatlarla Ərdoğanın Bakı səfərini müzakirə etdi

Sentyabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə ilk rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. 

 

Modern.az xəbər verir ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhəməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər komitə üzvləri iştirak etdilər.

 

Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlayan Səməd Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Volkan Bozkıra təbriklərini çatdırdı və bildirdi ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.

 

Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan Səməd Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açdı.  Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən Səməd Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd etdi.

Səməd Seyidov bildirdi ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Bunun bariz nümunəsi 15 sentyabr keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır.

 

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkır Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkır ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirdi.

 

Görüşdə iştirak edən komitə üzvləri də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən söz açdılar. Görüş xatirə şəkil çəkdirməklə başa çatdı.

 

Qeyd etmək lazımdır ki, səfər müddətində Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə həmçinin Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov da görüşlər keçiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14 Sabahın havası – 38 dərəcə isti olacaq 15 İyun 2019, 13:13 Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir 15 İyun 2019, 12:43 Gəncədə oğurluq edənlər saxlanıldı 15 İyun 2019, 12:20 Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi 15 İyun 2019, 12:06 Binəqədidə konsert - FOTO 15 İyun 2019, 11:54