Arxiv
19 Sentyabr 2018, 15:30 | QARABAĞ
Nikol Paşinyan Qarabağda nə axtarır? - Eks-nazir erməni hiyləsindən DANIŞDI

Ermənistan baş naziri Nikol Paşinyanın son bir ayda dəfələrlə Azərbaycanın işğal altında olan torpaqlarına - Qarabağ bölgəsinə gəlib-getməsinin arxasında nə dayanır? Paşinyanın bu addımları nəyə hesablanır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Paşinyan azalan nüfuzunu artırmaq üçün yeni strategiya qurur.

 

“Paşinyanın son zamanlar atdığı addımları analiz etdikdə belə qənaətə gəlmək olur ki, işğal olunmuş ərazilər demək olar Ermənistandakı “Qarabağ klanı”nın nüfuzu dairəsinə daxil idi və yeni baş nazir orada öz imkanlarını genişləndirmək üçün bölgəyə diqqəti artırmağa başlayıb. İkincisi, onun  daimi Azərbaycan istiqamətinə ünvanlanmış provakasiya xarakterli bəyanatları onu göstərir ki, Paşinyan bizi hansısa addımlara təhrik eləmək istəyir. Paşinyanın məqsədi ondan ibarətdir ki, xarici bir düşmən obrazı ilə daxildə olan çəkişmələri, gərginliyi aradan götürsün. İçəridə olan bölünmə, yəni ermənilər və qarabağlılar arasında olan gərginliyi Azərbaycan tərəfinə istiqamətləndirsin. Bu yolla Ermənistan ictimaiyyətini birləşdirib hakimiyyəti daha da gücləndirmək istəyir. Paşinyanın strategiyası təxminən bundan ibarətdir.

Eyni zamanda strategiyanın üçüncü hissəsi də var və artıq Paşinyan başa düşür ki, Rusiya Ermənistana hərbi əməliyyatlarda kömək etməyəcək. Bu baxımdan indiki mərhələdə hərbi əməliyyatların bu və digər yolla bərpa olunmasına nail olmaq və Rusiyanı kənarlaşdırmaq istəyir. Eyni zamanda, onun planı Rusiyanın “Qarabağ klanı”na dəstəyinini aradan qaldırmaqdıtr. O, hər bir addımı ilə Azərbaycan ictimaiyyətinə təsir etmək istəyir. Çalışır ki, Azərbaycan ictimaiyyəti daha da kəskin şəkildə ouna etirazını bildirsin və hakimiyyət məcbur olub Ermənistana qarşı ciddi tədbirlərin görülməsini, vacibliyini hiss eləsin”.


Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi bunu başa düşərkən elə şərait yaratmalıdır ki, Ermənistanda daxili siyasi böhran daha da dərinləşsin.

“Ermənistanda böhran daha da dərinləşəndə Azərbaycan uyğun vaxt seçib işğalçılara ciddi zərbə vurmalıdır. Bunu həm Ermənistanda, həm də Azərbaycanda yaxşı başa düşürlər. Vasitəçilər də bunun fərqindərirlər”.

 

T.Zülfüqarov deyib ki, Ermənistan xalqı Paşinyanın verdiyi vədlərə əməl etməsini gözləyir:
 

“Onun verdiyi vədləri yerinə yetirməsi mümkünsüz olan şeylərdi. Ona görə də Paşinyan  Azərbaycanla bağlı bəyanatlar verərək, tərəfdarlarının azalmasının qarşısını almaq istəyir”.

 

Eks-nazir bildirib ki,Ermənistanda hazırda müxalifətdə olan keçmiş iqtidar nümayəndələrinin nüfuzu həddindən artıq güclüdür.

“Rusiya Koçaryanı hər zaman sadiqlik nümayiş etdirən bir fiqur kimi, müxalifətin başçısı kimi öz əlində saxlayır. İndi sızan məlumatlara görə, güya Moskvada Putin Paşinyanla görüşərkən ondan Sarkisyan və Koçaryanla danışıqlar aparmağı istəyib. Bu, qarşıdurmanı daha da gücləndirəcək. Yəni cəmiyyətin bölünməsi istiqamətində artıq lazımi addımlar atılıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10